Member News

“SƏHHƏT” Azərbaycan-Almaniya klinikası: Sağlam İşçi - Uğurlu Şirkət!

29.11.2021

Müasir zamanda aktuallıq kəsb edən məsələlərdən biri, əməyin mühafizəsi tədbirlərinin gücləndirilməsi və dəyərləndirilməsidir. Hər il dünyada istehsalat xəsarəti, istehsalatda bədbəxt hadisələr baş verir və peşə xəstəliklərindən milyonlarla insan sağlamlığını və həyatını itirir. Bu isə cəmiyyətin mənəvi, sosial və iqtisadi inkişafına ziyan vurur.

“SƏHHƏT” Azərbaycan-Almaniya klinikası 1999-сu ildən fəaliyyət göstərir. Klinika sağlamlığın təhlükəsizliyi sahəsində ekspert olaraq şirkət və müəssisə rəhbərlərinə əməyin mühafizəsinin təşkilində sənaye təbabəti (dövrü-icbari və könüllü tibbi-profilaktik müayinə xidmətləri, müəssisələrdə tibb məntəqələrinin yaradılması), ilkin tibbi yardım təlimləri, iş yerlərinin attestasiyası və istehsalat nəzarətini özündə birləşdirən vahid xidmətlər spektrini təqdim edir.

  • İlk tibbi yardım üzrə təlimlər (First Aid)

Bir sıra hallarda düzgün göstərilmiş ilkin tibbi yardım insan həyatını xilas edə bilər. Buna görə hər kəsin ilkin tibbi yardım qaydaları ilə tanış olması vacibdir. SƏHHƏT klinikasının keçirdiyi ilkin tibbi yardım (First Aid) təlimlərinin məqsədi əhalini bu qaydalarla tanış etməkdən ibarətdir.

"SƏHHƏT" tibbi təlim mərkəzi ”Amerika Ürək Assosiasiyasının” BLS (basic life support) ”sertifikatlarına uyğun olaraq sənayə və istehsalat müəssisələrində həkimə qədər ilkin tibbi yardım (First Aid) təlimlərini tədris edir.

Bütün təlim kursları peşəkar, sertifikatlaşdırılmış (Basic First Aid) instruktorlar tərəfindən aparılır. Təlim həm nəzəri, həm də praktiki (“hands-on”) hissələrdən ibarətdir. İnteraktiv formatda aparıldığına, audio-vizual və digər əyani vəsaitlərdən istifadə edildiyinə görə təlim kursu yorucu olmur və məlumatların daha yaxşı qavranılmasına imkan verir.

  • İş yerlərinin attestasiyası

İş yerlərinin attestasiyasının keçirilməsinə zərurət AR Əmək məcəlləsinin 54, 64-cü maddələrində öz əksini tapır, keçirilmə qaydaları isə AR NK 06 aprel 2000-ci il tarixli 38 saylı qərarı ilə tənzimlənir. İş yerlərinin attestasiyasının keçirilməməsinə görə işəgötürən İnzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsinə görə (İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə) 700-1200 AZN məbləğdə cərimə edilir. Attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən müəyyən olunur.

  • Əmək şəraitinə görə iş yerlərinin attestasiyasının aparılmasında əsas vəzifələr aşağıdakılardır:
  1. İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki miqdarının müəyyənləşdirilməsi;
  2. İş yerlərində əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi;
  3. Zərərli və ağır əmək şəraiti ilə əlaqədar olan işlərə görə güzəşt və kompensasiya verilməsi hüququnun təsdiqi və yaxud ləğv olunması;
  4. Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlərin işlənib hazırlanması.