Rəqəmsal Transformasiya İşçi Qrupu
Rəqəmsal Transformasiya İşçi Qrupu, əvvəlki adı ilə İnformasiya Texnologiyaları (IT) və Telekommunikasiya İşçi Qrupu 2017-ci ildə fəaliyyətə başlamış AHK Azərbaycanın ilk tematik işçi qrupudur. İşçi Qrupuna sədrliyi Caspian Innovation Center-in Baş əməliyyat inzibatçısı cənab Orxan Quliyev edir. Rəqəmsal Transformasiya İşçi Qrupu üzv şirkətlərə qarşılıqlı əməkdaşlıq üçün xüsusi bir imkan təklif edir və iqtisadi və sosial sahələri təmsil edən bütün biznes nümayəndələrinə açıqdır. İşçi Qrupunun üzvləri Azərbaycanda rəqəmsal transformasiya sahəsində layihələrin həyata keçirilməsindəki təcrübə mübadiləsindən faydalana bilərlər. İşçi Qrupu, həmçinin müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsi üçün platforma rolunu oynayır.
İşçi Qrupunun əvvəlki görüşləri
03.11.2023 Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü
AHK Azərbaycanın Rəqəmsal Transformasiya İşçi Qrupunun növbəti görüşü cümə günü, 3 noyabr 2023-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 1-ci mərtəbəsində yerləşən “Innovation Space” hissəsində baş tutdu. Görüş “Enabling Tomorrow, Building It Today” mövzusunda keçirildi.
İclası açıq elan edən AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann iştirakçıları salamladı və görüşün gedişadı haqqında iştirakçılara məlumat verdi. Daha sonra o sözü Rəqəmsal Transformasiya İşçi Qrupunun sədri və Caspian Innovation Center MMC-nin Baş Əməliyyat İnzibatçısı cənab Orxan Quliyevə verdi. Cənab Quliyev də öz növbəsində iştirakçıları salamladı və 2030-cu il Milli prioritetlərimizdən olan innovativ cəmiyyət və rəqabətli insan kapitalı haqqında iştirakçılara məlumat verdi və bu gün ki müzakirələrin daha çox innovasiya mövzusu üzərinə olacağını qeyd etdi. Daha sonra isə cənab Quliyev sözü İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri xanım İnarə Vəliyevaya verdi.
Tədbirdə məruzəçi kimi iştirak edən xanım Vəliyeva iştirakçıları salamladı və tədbirdə iştiraklarına görə qonaqlara öz təşəkkürünü bildirdi. Çıxışı zamanı xanım Vəliyeva İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin missiyası və vəzifələri ilə iştirakçıları tanış etdi. Uğurlu eko-sistemin qurulması və onun tərkib hissələri haqqında danışdı və daha sonra xanım Vəliyeva start-up-ların önəmi və Azərbaycanda bu sahənin inkişaf etdirilməsinin önəmini vurğuladı. İnformasiya kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramı olan “Technest” təqaüd proqramı haqqında iştirakçılara geniş məlumat verən xanım Vəliyeva həmçinin təqaüd proqramının mahiyyətini də iştirakçılara aşıladı. Çıxışın sonunda isə xanım Vəliyeva iştirakçıların ünvanladığı suallara ətraflı cavab verdi. Ətraflı
12.07.2023: Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü
12 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin AHK Azərbaycan Rəqəmsal Transformasiya İşçi Qrupu ilə görüşü baş tutdu. Dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi kontekstində keçirilən görüşdə 20-ə yaxın şirkət nümayəndəsinin iştirakı ilə ölkədə rəqəmsal iqtisadiyyat və süni zəka strategiyaları mövzusunda müzakirələr aparıldı.
İclası açıq elan edən Rəqəmsal Transformasiya İşçi Qrupunun rəhbəri cənab Orxan Quliyev iştirakçıları salamladı, görüşün gündəliyi haqqında məlumat verdi və rəqəmsal tranformasiyanın əsas tərkib hissələrindən biri olan rəqəmsal iqtisadiyyat sahəsinin dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.
Tədbirdə qonaq məruzəçi kimi iştirak edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun vəzifəsini icra edən cənab Fariz Cəfərov giriş sözü ilə tədbir iştirakçılarını salamladı və sosial-iqtisadi inkişaf strategiyaları istiqamətində görülən işlər barədə qısa məlumat verdi. Daha sonra, cənab Cəfərov tərəfindən “Dördüncü sənaye inqilabı texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu” mövzusunda təqdimat keçirildi. Təqdimat zamanı dördüncü sənaye inqilabının əsas komponentləri, 4-cü sənaye inqilabı şəraitində fəaliyyətin təşkili kimi mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunuldu və həmçinin cənab Cəfərov mərkəzin strateji fəaliyyət istiqamətləri haqqında danışdı. Ətraflı
03.03.2023: Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü
3 mart 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Rəqəmsal Transformasiya İşçi Qrupunun ilk görüşü keçirildi. Görüş Azərbaycanda biznesdə əsas innovasiya çağırışları mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı və Rəqəmsal Transformasiya İşçi Qrupunun yeni sədri cənab Orxan Quliyevi təqdim edərək ona qarşıdakı fəaliyyətində müvəffəqiyyətlər arzuladı. Daha sonra cənab Orxan Quliyev özü haqqında qısa məlumat verdi və rəqəmsal transformasiya və innovasiya sahələrində daha çox mövzuları əhatə etmək üçün işçi qrupunun rebrendinqi haqqında danışdı.
PAŞA Holding MMC-nin İnnovasiya proqramı üzrə rəhbəri vəzifəsində çalışan cənab Fərrux Əliyev qonaq məruzəçi kimi görüşə qatılaraq bu sahədə öz təcrübəsini iştirakçılar ilə bölüşdü. Öz təqdimatında cənab Fərrux Əliyev innovasiya üçün stimullar, innovasiyanın qarşısını alan səbəblər, innovasiya strategiyasının vacibliyi haqqında danışdı və qlobal innovasiya tendensiyaları və prioritet istiqamətlər mövzusunda iştirakçıları məlumatlandırdı. Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi. Ətraflı
13.10.2022: İKT İşçi Qrupunun görüşü
13 oktyabr 2022-ci il tarixində 20-ə yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İKT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş Azərbaycanda kibertəhlükəsizlik sahəsində özəl sektorun üzləşdiyi mövcud problemlər mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edən AHK Azərbaycan İKT İşçi Qrupunun sədri cənab Rüfət Sadıqov iştirakçıları salamladı və onları görüşün gündəliyi ilə tanış etdi. O, hazırda ölkədə inkişaf etməkdə olan müəyyən sahələrdə, xüsusilə bank sektoru və dövlət sektorunda ciddi təhlükə yaradan kibertəhlükəsizlik problemlərinə diqqət çəkdi.
Technofusion MMC şirkətinin direktoru cənab Fuad Mailov və Fortinet, Inc. şirkətinin regional əməliyyatlar üzrə hesab meneceri vəzifəsində çalışan cənab Şaiq Səmədov görüşə qatılaraq bu sahədə öz təcrübələrini iştirakçılar ilə bölüşdülər. Çıxışında cənab Şaiq Səmədov biznes üçün informasiya təhlükəsizliyinin əhəmiyyətindən danışdı və şirkətin yetkinlik səviyyəsindən asılı olaraq risklərin idarəedilməsi metodlarından və kibertəhlükəsizlik həllərinin piramidasından bəhs etdi.
Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi.
03.03.2022: Elektron Hökumətin İnkişafı Mərkəzi ilə görüş
3 mart 2022-ci il tarixində 40-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan üzvlərinin Elektron Hökumətin İnkişafı Mərkəzi ilə görüşü keçirildi.
İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı, tədbirin fəxri qonağı olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru cənab Fariz Cəfərovu təqdim etdi və biznes icması ilə yaxından əməkdaşlığa görə minnətdarlığını ifadə etdi. Daha sonra cənab Rüfət Sadıqov söz alaraq Elektron Hökumətin İnkişafı Mərkəzinin peşəkar komandasına COVID-19 pandemiyası zamanı ictimaiyyətə verdiyi əvəzsiz töhfələrə görə təşəkkürünü bildirdi.
Çıxışı zamanı cənab Fariz Cəfərov 2022-2025-ci illər üçün Mərkəzin nəzərdə tutulan növbəti addımlarından danışdı, qurumun gələcəyə dair vizyonu, rəqəmsal hökumətin inkişafı planının strateji hədəfləri və həyata keçirdikləri silsilə layihələr haqqında iştirakçılara ətraflı məlumat verdi. Tədbir AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə sual-cavab sessiyası ilə davam etdi. Ətraflı
14.10.2021: İKT İşçi Qrupunun görüşü
14 oktyabr 2021-ci il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İKT İşçi Qrupunun bu il üçün fiziki şəkildə ilk görüşü keçirildi. Görüş Azərbaycanda analitika və süni intellekt texnologiyalarının biznesdə tətbiqi mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edərək cənab Rüfət Sadıqov uzun bir fasilədən sonra fiziki şəkildə görüşlərə qayıtmaqdan məmnunluğunu ifadə etdi və gündəlik iş prosesində müştəri hərəkətliliyi və alış-veriş vərdişlərini müəyyənləşdirmək üçün data analitikasının önəminə diqqət çəkdi. Məruzəçi qismində SAS.com-da (Statistik Analiz Proqram Təminatı) SEE rəqəmsal transformasiya və innovasiya üzrə rəhbər vəzifəsində çalışan və Türkiyədən dəvət olunmuş mütəxəssis, cənab Altan Atabarut görüşə qatılaraq onlayn data analitikası sahəsində sınaqdan keçmiş ən yaxşı praktiki həlləri iştirakçılar ilə bölüşdü. Təqdimat əsnasında o, bankçılıq və sığorta sahəsindən istehsalata qədər əsas sektorlar üzrə təklif olunan süni intellekt həllərinə toxundu.
Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı. Ətraflı
10.06.2021: İKT İşçi Qrupunun görüşü
10 iyun 2021-ci il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İKT İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüş Azərbaycanda onlayn bankçılıq və onun hüquqi tənzimlənməsi mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edərək cənab Rüfət Sadıqov bankçılıq sahəsində rəqəmsal transformasiyanın sürətli inkişafına diqqət çəkdi və yaxın gələcəkdə bank kartlarına və filiallara ehtiyac qalmayacağını qeyd etdi. Onlayn görüş cənab Rüfət Sadıqov tərəfindən moderasiya edildi və məruzəçi qismində “Unibank KB” ASC-dən Baş Hüquq və Komplayens inzibatçısı cənab Əfqan Baxışov görüşə qatılaraq onlayn bankçılıq sahəsində mövcud tendensiyalar haqqında danışdı, həmçinin bu sahədə öz təcrübəsini iştirakçılar ilə bölüşdü.
Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı.
10.02.2021: İKT İşçi Qrupunun görüşü
10 fevral 2021-ci il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İKT İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüş biznes sektorunda rəqəmsal transformasiya mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edərək cənab Rüfət Sadıqov koronavirus pandemiyasının biznes sektorunda rəqəmsal transformasiyanı geniş mənada necə sürətləndirdiyini və bunun kiçik və orta bizneslərə təsirinə xüsusi diqqət yetirdi. Onlayn görüş cənab Rüfət Sadıqov tərəfindən moderasiya edildi və məruzəçi qismində iki mütəxəssis - Caspian Innovation Center MMC-dən Əməliyyatlar üzrə rəhbər cənab Orxan Quliyev və Şəbəkə Xidmətləri və İnformasiya Təhlükəsizliyi üzrə rəhbər cənab Rauf Mahmudlu görüşə qatılaraq bu sahədə öz təcrübələrini iştirakçılarla bölüşdülər.
Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Ətraflı
16.04.2020: İKT İşçi Qrupunun görüşü
AHK Azərbaycan İşçi Qrupları xüsusi karantin rejiminə baxmayaraq öz işlərini davam etdirirlər. 16 aprel 2020-ci il tarixində İKT İşçi Qrupunun ilk onlayn iclası keçirildi. İclasın məqsədi uzaqdan işləyən üzvlərə kömək etmək və bu dövrdə onların daha məhsuldar, diqqətli və rahat olmalarına dəstək olmaq idi.
İKT İşçi Qrupunun sədri cənab Rüfət Sadıqov iştirakçıları salamladı və iclasın məruzəçisi - ICA sertifikatlı peşəkar biznes təlimçisi xanım Lalə Əbdürəhmanovanı təqdim etdi. Xanım Əbdürəhmanova "iş mühiti"-ni "ev"-dən ayıraraq effektiv uzaqdan işləməyin yolları ilə bağlı bir sıra tövsiyələr və məsləhətlər verdi. Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra xanım Əbdürəhmanova iştirakçıların suallarını cavablandırdı. Ətraflı
27.02.2020: İKT İşçi Qrupunun görüşü
İKT İşçi Qrupunun növbəti görüşü 27 fevral 2020-ci il tarixində AHK Azərbaycanın ofisində baş tutdu. Görüşün əsas mövzusu biznesdə blokçeyn texnologiyalarının tətbiqi idi.
AHK Azərbaycanın İKT İşçi Qrupunun sədri cənab Rüfət Sadıqov görüşü açıq elan edərək qonaqları salamladı və məruzəçini təqdim etdi. Technofusion MMC-nin İnnovativ Həllər şöbəsinin rəhbəri cənab Aleksandr Kuklin görüşdə “Blokçeyn Texnologiyalarının Biznesdə İstifadəsi və Azərbaycanda Tətbiqi” mövzusunda çıxış etdi. Çıxışda blokçeyn texnologiyalarının tarixi, blokçeynin tətbiqinə dair biznes keyslər, həmçinin blokçeynin canlı nümayişi və təchizat zəncirinin idarəolunması üçün blokçeyn həlləri yer aldı.
Təqdimatdan sonra cənab Aleksandr Kuklin iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı
20.11.2019: İKT İşçi Qrupunun görüşü
İKT İşçi Qrupunun növbəti görüşü 20 noyabr 2019-cu il tarixində AHK Azərbaycanın ofisində keçirildi.
AHK Azərbaycanın İKT İşçi Qrupunun sədri cənab Rüfət Sadıqov qonaqları salamlamışdır.
Görüşdə Türkiyədən Digital Strategiya üzrə Məsləhətçi / Sahibkar cənab Serkan Koç “Amazon.com-un uğurunun sirləri” mövzusunda çıxış etdi. Çıxış digital və biznes transformasiyası, innovasiya mədəniyyəti və müştəri yönümlü yanaşmanın müxtəlif aspektlərini əhatə etdi.
Təqdimatdan sonra cənab Serkan Koç iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı
17.10.2019: İKT İşçi Qrupunun görüşü
İKT İşçi Qrupunun növbəti görüşü 17 oktyabr 2019-cu il tarixində AHK Azərbaycanın ofisində keçirildi.
AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumann və İKT İşçi Qrupunun sədri cənab Rüfət Sadıqov qonaqları salamlamışdır.
Görüşdə Code Academy-nin Digital Marketinq üzrə təlimçisi cənab Rəşad Nəzərov “Azərbaycanda Digital Marketinq: Rəqəmlər və Faktlar” mövzusunda çıxış etdi. Çıxış Azərbaycanda istifadə edilən rəqəmsal marketinq kanallarını və platformalarını əhatə etdi, rəqəmsal marketinq ənənəvi reklam ilə müqayisə olundu. Görüşdə iştirakçılara hansı digital kanalın nə qədər effektiv olduğu, Azərbaycanda hər bir digitalın potensialı barədə ətraflı məlumat verildi.
Təqdimatdan sonra cənab Rəşad Nəzərov iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı
28.06.2019: İKT İşçi Qrupunun görüşü
İKT İşçi Qrupunun növbəti görüşü 28 iyun 2019-cu il tarixində AHK Azərbaycanın ofisində keçirildi.
AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumann və İKT İşçi Qrupunun sədri cənab Rüfət Sadıqov qonaqları salamlamışdır.
Tədbirin qonağı Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru cənab Fariz Cəfərov olmuşdur. O, “Elektron Hökumətin biznesə dəstəyi” mövzusunda çıxış etmişdir. Tədbir iştirakçıları “Elektron hökumət” portalının təklif etdiyi xidmətlər, biznes nümayəndələri və hökumət qurumları arasında olan əlaqələrin asanlaşdırılması və xidmətlərin təkmilləşdirilməsinə dair tədbirlər barədə məlumat əldə etdilər.
Təqdimatdan sonra məruzəçi iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı
07.05.2019: İKT İşçi Qrupunun görüşü
İKT İşçi Qrupunun növbəti görüşü 7 may 2019-cu il tarixində AHK Azərbaycanın ofisində keçirildi.
AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumann və İKT İşçi Qrupunun sədri cənab Rüfət Sadıqov qonaqları salamlamışdır.
Tədbirin qonağı Azercell Telekom şirkətinin Verilənlər Bazası Administrasiyası şöbəsinin rəhbəri cənab Kamran Ağayev olmuşdur. O, “Biznes mühitində böyük məlumatların analizi və tətbiq sahələri” mövzusunda çıxış etmişdir. Tədbir iştirakçıları məlumatın əhəmiyyəti və fərqli bizneslərdə istifadə metodları, gizli məlumatların mənbələri və onların analiz metodları barədə məlumat əldə etmişdirlər.
Təqdimatdan sonra məruzəçi iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı
05.03.2019: İKT və İR & PTT İşçi Qruplarının birgə görüşü
AHK Azərbaycan 5 mart 2019-cu il tarixində İKT və İR və PTT İşçi Qruplarının birgə görüşünü keçirmişdir. AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumann qonaqları salamlamışdır. İR və PTT İşçi Qrupunun sədri cənab Aqil Allahverdiyev və İKT İşçi Qrupunun sədri cənab Rüfət Hacıəlibəyov iştirakçılara mövzu ilə bağlı məlumat vermişdirlər.
Cənab Rüfət Hacıəlibəyov İKT İşçi qrupunun yeni sədri, Azercell şirkətinin korporativ satış üzrə direktoru cənab Rüfət Sadıqovu İşçi Qrupunun üzvlərinə təqdim etmişdir. Daha sonra cənab Rüfət Hacıəlibəyov SAP şirkətinin HR transformasiyası və inkişafı üzrə eksperti cənab Alexander Maslyuku “Performansın idarə edilməsini optimallaşdıran rəqəmsal HR sistemi” mövzusunda çıxış etməyə dəvət etmişdir.
Görüşdə cənab Alexander Maslyuk ənənəvi performans idarəetməsi, SAP Catalysts, SAP SuccessFactors sistemi və kompensasiya dövriyyəsi barədə iştirakçılara məlumat təqdim etmişdir.
Təqdimatdan sonra məruzəçi iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. <link az tdbirlr tdbir-tfrrueatlari ikt-v-ir-ptt-isci-qruplarinin-birg-goeruesue _blank rte_button>Ətraflı
07.12.2018: İKT İşçi Qrupunun görüşü
AHK Azərbaycan 7 dekabr 2018-ci il tarixində saat 10:00-11:30-da AHK Azərbaycanın Konfrans zalında İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) İşçi Qrupunun görüşünü keçirmişdir.
Tədbirin fəxri qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Tahir Mirkişili olmuşdur. O, “Rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri” mövzusunda çıxış etmişdir. Görüşdə müzakirələrin əsas mövzusu süni intellektin biznesə təsiri, rəqəmsal sistemin inkişafı strategiyaları və beynəlxalq təcrübələrin tətbiqi olmuşdur.
Daha sonra cənab Tahir Mirkişili iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı
30.10.2018: İKT İşçi Qrupunun görüşü
AHK Azərbaycan 30 oktyabr 2018-ci il tarixində saat 15:00-16:30-da AHK Azərbaycanın Konfrans zalında (Winter Park Plaza, 7-ci mərtəbə, Rəsul Rza prospekti 75, AZ 1014, Bakı) İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) İşçi Qrupunun görüşünü keçirmişdir.
İşçi Qrupunun görüşündə AzInTelecom şirkətinin Kommersiya Departamentinin rəhbəri cənab Ruslan Əliyev “Dünya Bulud Hesablamalar Trendləri. AzInTelecom Azərbaycanda ilk Bulud Xidmətləri Provayderi” təqdimatı ilə çıxış etmişdir. Görüşdə müzakirələrin əsas mövzusu AzInTelecom şirkətinin mühüm vəzifələri, Bulud (IaaS) xidmətinin təklif edilməsi və Azərbaycandakı Data Mərkəzinin təqdimatı idi.
Daha sonra cənab Ruslan Əliyev iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı
09.10.2018: Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumu
9 oktyabr 2018-ci il tarixində Fairmont Bakı Hotelində Azərbaycanda enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumu keçirilmişdir. Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuşdur. Bu ilki Forumun əsas mövzusunu enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil etmişdir.
Forumun əsas məqsədi alman şirkətləri və onların Azərbaycandan olan tərəfdaşlarının enerji və İKT sahələri ilə bağlı layihə və təkliflərini təqdim etmək və müvafiq sahələrdə işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək olmuşdur.
Forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Energetika nazirinin müavini cənab Natiq Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri cənab Azad Cəfərli və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini xanım Andrea Sühl salamlama nitqi ilə çıxış etmişdirlər.
Energetika nazirinin müavini cənab Natiq Abbasov Azərbaycanın enerji sektorunda yeni texnologiyaların tətbiqi barədə iştirakçılara məlumat vermişdir. Enerji sənayesinin əsas prioritetlərindən olan rəqəmsallaşdırmanın rolunu vurğulayan cənab Abbasov həmçinin gələcək illərdə alman şirkətləri ilə əməkdaşlığın daha da genişlənəcəyini qeyd etmişdir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri cənab Azad Cəfərli informasiya texnologiyaları və telekommunikasiya sahəsində aparılan cari islahatlar barədə çıxış etmişdir. Rəqəmsal layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar haqqında danışan cənab Cəfərli hal-hazırda elektron xidmətlərin inteqrasiyası və qiymətləndirilməsi sahəsində işlərin davam etdirildiyini bildirmişdir.
Tədbirdə enerji sektorunda innovasiyalar və iqtisadi islahatların aparıcı qüvvəsi kimi İKT sektoruna dair paralel müzakirələr keçirilmişdir. Sinam MMC şirkətinin prezidenti cənab Elçin Əliyev, İKT panelində müzakirələrin moderatoru olmuşdur. Müzakirələr zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru cənab Fariz Cəfərov, Azərbaycan Respublikasının Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin direktoru cənab Fərid Osmanov, SAP AZ MMC şirkətinin icraçı direktoru cənab Rüfət Hacıəlibəyov, Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin Rəqəmsallaşdırma üzrə İşçi Qrupunun rəhbəri cənab Stefen Kegebein və ADA Universitetinin Data Analizi üzrə Tədqiqat Mərkəzinin direktoru cənab Abzətdin Adamov Azərbaycanda İKT sahəsi ilə bağlı fikirlərini və təcrübələrini paylaşmışdırlar. <link az tdbirlr tdbir-tfrrueatlari azrbaycanda-enerji-v-ikt-uezr-alman-azrbaycan-biznes-forumu-2018 _blank rte_button>Ətraflı
07.06.2018: İKT İşçi Qrupunun seminarı
AHK Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) İşçi Qrupu çərçivəsində təşkil olunan seminarı, 7 iyun 2018-ci il tarixində, saat 11:00-12:30, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) Ofisində keçirildi.
Seminar zamanı SAP Azərbaycan şirkətinin nümayəndəsi cənab Fərid Qəttal " Effektiv biznes əməliyyatları üçün mühüm imkan- ERP" mövzusunda olan prezentasiyasını təqdim etdi.
Seminar iştirakçıları texniki vasitələrin tətbiqi ilə biznes prosesinin yenidənqurulması üzrə ən yaxşı təcrübələr barədə məlumatlandırıldı.
Daha sonra məruzəçi iştirakçıların sorğularını cavablandırdı və seminar müzakirələr ilə davam etdi. Ətraflı
11.05.2018: İKT İşçi Qrupunun görüşü
AHK Azərbaycan 11 may 2018-ci il tarixində saat 11:00-12:30- da AHK Azərbaycanın Konfrans zalında (Winter Park Plaza, 7-ci mərtəbə, Rəsul Rza prospekti 75, AZ 1014, Bakı) İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) İşçi Qrupunun növbəti görüşünü keçirmişdir.
Görüşdə müzakirələrin əsas mövzusu "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üçün Strateji Yol Xəritəsi", rəqəmsal iqtisadiyyat üçün İKT infrastrukturunun yaxşılaşdırılması və ictimai sektorda İKT-nin səmərəliliyinin daha da artırılması idi. Görüşün fəxri qonağı Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini cənab Elmir Vəlizadə olmuşdur. Ətraflı
02.05.2018: İKT İşçi Qrupunun seminarı
2 may 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) Ofisində İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) İşçi Qrupu çərçivəsində "Kiber risklərin idarə olunması" seminarı keçirilmişdir. KPMG Azərbaycan şirkətinin nümayəndəsi, Aqil Əzimov İKT İşçi Qrupunun üzvləri üçün təqdimat edib. Seminarda AHK Azərbaycanın üzv şirkətlərindən 20 nümayəndə iştirak etmişdir.
Seminarın əsas mövzuları risklərin idarə edilməsi, İT Risklərinə qarşı proaktiv strategiya və biznes texnologiyası mövzusunda müzakirələr olmuşdur. Seminarın əsas məqsədi AHK Azərbaycanın üzv şirkətlərini İT risklərinin idarə edilməsi strategiyasında kritik addımlar barədə məlumatlandırmaq olmuşdur.
Seminarın başlanğıcında AHK Azərbaycanın İdarə Heyətinin üzvü Tobias Baumann və İKT İşçi Qrupunun sədri Rüfət Hacıəlibəyov iştirakçıları salamlamış və işçi qrupunun planlaşdırılan fəaliyyəti haqında məlumat vermişdirlər.
Açılış nitqindən sonra Aqil Əzimov iştirakçılara əməliyyat risklərinin modifikasiyası, qiymətləndirilməsi və qeydiyyatda saxlanılması barədə məlumat vermişdir. Daha sonra məruzəçi iştirakçıların sorğularını cavablandırmış və seminar müzakirələr ilə davam etmişdir. Ətraflı
28.02.2018: İKT İşçi Qrupunun təsis iclası
AHK Azərbaycan 28 fevral 2018-ci il tarixində saat 11:00-dan 13:00-a qədər AHK Azərbaycanın Konfrans zalında İnformasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunu təşkil etdi.
Bu görüşün əsas məqsədi 2018-ci il üçün illik gündəliyin müzakirəsi oldu. İştirakçılar qarşıdan gələn İKT sahəsi üzrə tədbirlər üçün əsas mövzular, məqsədlər, əsas məruzəçilər və uyğun tarixləri müəyyən etmək məqsədilə bir araya gəldilər. Ətraflı