Maliyyə Xidmətləri İşçi Qrupu

Maliyyə Xidmətləri İşçi Qrupu AHK Azərbaycanın üzvü AccessBank QSC-i ilə əməkdaşlıq çərçivəsində 10 dekabr 2019-cu il tarixində yaradılmışdır.

AHK Azərbaycanın Maliyyə Xidmətləri İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri maliyyə bazarında mövcud çətinliklərin araşdırılması daxil olmaqla, strateji və operativ planlaşdırma, qanunvericilikdəki dəyişikliklər, biznesin idarəedilməsi sahəsində bilik və təcrübə mübadiləsi, maliyyə və kontrollinq sahəsinin əsas mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.

İşçi Qrupunun əvvəlki görüşləri

20.06.2023: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü

20 iyun 2023-cü il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti iclası keçirildi. Görüşdə Azərbaycanda maliyyə texnologiyalarının (fintek) mövcud hüquqi tənzimlənməsi istiqamətində müzakirələr aparıldı.

BHM Hüquq Şirkəti MMC-nin əməkdaşları, xanım Gülnar Qurbanova və xanım Türkan Hacıyeva görüşə qatılaraq ölkədə fintek sahəsinin normativ-hüquqi bazası haqqında iştirakçılara məlumat verəcək və sahənin inkişafı yollarından danışdılar.

Görüş Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru cənab Fərid Osmanovun iştirakı ilə müzakirələr və sual-cavab hissəsi ilə davam etdi və müzakirələrə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun sədri cənab Əfqan Baxışov moderatorluq etdi. Ətraflı

05.07.2022: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü

5 iyul 2022-ci il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti iclası keçirildi. Görüşdə İşçi Qrupunun 2022-ci ilin ikinci yarısı üzrə fəaliyyət planının müəyyən edilməsi məqsədilə Azərbaycanda maliyyə sektorunda aktual mövzular ətrafında müzakirələr aparıldı.

İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı və Maliyyə Xidmətləri İşçi Qrupunun yeni sədri cənab Ramin Hüseynovu təqdim etdi və əlavə etdi ki, dünyada mövcud siyasi vəziyyətin maliyyə bazarlarına təsiri tam aydın deyil. Logistika şirkətləri xüsusən sərt sanksiyalardan əziyyət çəkir və yeni nəqliyyat dəhlizləri axtarışındadırlar. Çıxışında cənab Ramin Hüseynov Maliyyə Xidmətləri İşçi Qrupunun son dövrlərdəki fəaliyyətindən və əhatə etdikləri mövzulardan danışdı, eləcə də maliyyə sektorunda önə çıxan mühüm mövzulardan bəhs etdi.

Görüş cənab Ramin Hüseynovun moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Maliyyə Xidmətləri İşçi Qrupu öz fəaliyyətini maliyyə və əməliyyat lizinqi, kapital və qiymətli kağızlar bazarları və makroiqtisadi tendensiyalar daxil olmaqla maliyyə sektorunda mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır. Ətraflı

19.04.2022: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü

19 aprel 2022-ci il tarixində 40-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüşdə pandemiyanın iqtisadi təsirləri və canlanma meyilləri fonunda ortaya çıxan risklər mövzusunda müzakirələr aparıldı.

İclas cənab Tobias Baumannın açılış nitqi ilə başladı və daha sonra xanım Evgenia Gashikulina iştirakçıları və qonaq məruzəçi - AccessBank-ın Müşahidə Şurasının üzvü cənab Werner Claesi salamladı və onun bank sektoru üzrə 20 ildən çox təcrübəsi olan mütəxəssis olduğunu və xüsusilə də risklərin idarəedilməsi, modelləşdirmə və əməliyyat səmərəliliyi sahələri üzrə ixtisaslaşdığını vurğuladı.

Çıxışı zamanı cənab Werner Claes daha çox qlobal mövqedən yanaşaraq bizneslərə böhran vəziyyətlərində kömək edə biləcək alətlər haqqında öz fikirlərini bölüşdü. O, iqtisadi təsir və qarşılıqlı bağlılıq, beynəlxalq bazarlarda böhrana qarşı mübarizə vasitələri, iqlim dəyişikliyi və qeyri-müəyyənlik şəraitində idarəetmə ilə bağlı bir çox mövzuya toxunaraq onlar barədə ətraflı məlumat verdi.

Görüş xanım Evgenia Gashikulina tərəfindən moderasiya edildi və qonaq məruzəçinin çıxışı interaktiv sual və cavab hissəsi ilə davam etdi. Ətraflı

27.01.2022: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü

27 yanvar 2022-ci il tarixində 40-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüş ölkədə maliyyə və bank sektorunun rəqəmsallaşdırılması strategiyası mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edərək xanım Evgenia Gashikulina iştirakçıları və qonaq məruzəçi - Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru cənab Fərid Osmanovu salamladı və ötən il işçi qrupunun üzvləri arasında aparılmış qısa sorğunu yada saldı. Sorğudan üzə çıxan məsələlərdən biri də bankçılıq sektorunda rəqəmsallaşma üçün gələcək yol xəritəsi ilə bağlı idi.

Cənab Fərid Osmanov öz təqdimatında yaxın gələcək üçün Mərkəzi Bankın strateji planlarını iştirakçılar ilə bölüşdü və onların bu istiqamətdə qanunvericilik, maliyyə bazarlarının inkişafı, maliyyə inkluzivliyi və rəqəmsallaşdırma sahələrində üzləşdikləri əsas məsələlərə toxundu. O, həmçinin Mərkəzi Bankının 2021-2023-cü illər üçün rəqabətli, innovativ və əlçatan ödəniş ekosisteminin formalaşdırılmasını hədəfləyən Rəqəmsal Ödəniş Strategiyası haqqında ətraflı məlumat verdi.

Görüş xanım Evgenia Gashikulina tərəfindən moderasiya edildi və qonaq məruzəçinin çıxışı interaktiv sual və cavab hissəsi ilə davam etdi. Ətraflı

03.02.2021: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü

3 fevral 2021-ci il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüş Azərbaycanda bankçılıq və maliyyə sektorunda risklərin müəyyənləşdirilməsi və idarə edilməsi mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edərək xanım Yevgeniya Qaşikulina ölkədə və dünya bazarlarında davam edən bəzi qeyri-müəyyənliklərə baxmayaraq Azərbaycanda iqtisadi sahədə müsbət dəyişikliklərin olduğunu qeyd etdi. Onlayn görüş xanım Yevgeniya Qaşikulina tərəfindən moderasiya edildi və məruzəçi qismində iki mütəxəssis - AccessBank QSC-dən Hüquq və Komplayens üzrə icraçı direktor cənab Əfqan Baxışov və Anderraytinq Departamentinin rəhbəri cənab Fuad Rüstəmov görüşə qatılaraq iştirakçılarla bazarda mövcud şirkətləri təhlil edərkən maliyyə və hüquqi risklər ilə bağlı öz müşahidələrini bölüşdülər.

Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Ətraflı

16.07.2020: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü

16 iyul 2020-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti görüşü keçirilib.

Pandemiyanın bankçılıq və maliyyə sektoruna təsirləri mövzusuna həsr olunmuş onlayn görüşdə Mərkəzi Bankda Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev müzakirə olunan məsələ ilə fikirlərini bölüşüb. İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun sədri vəzifələrini icra edən Samir Hümbətov biznesə yeni dəstək mexanizmləri və Fond tərəfindən güzəştli kreditləşdirmənin şərtləri barədə iştirakçılara məlumat verib. Görüşdə pandemiyanın sahibkarlığa mənfi təsirlərinin aradan qaldırılması tədbirləri barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran sualları cavablandırılıb.

25.02.2020: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü

Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti görüşü 25 fevral 2020-ci il tarixində AHK Azərbaycanın ofisində keçirildi. Görüş Azərbaycanda kiçik və orta biznesin (KOB) maliyyələşdirilməsi üçün yeni alternativ maliyyələşmə mexanizmlərinin yaradılması və dəstəklənməsi mövzusuna həsr olunmuşdu.

AHK Azərbaycanın İcraçı direktoru / İdarə Heyətinin üzvü cənab Tobias Baumann iclası açaraq qonaq qismində dəvət olunmuş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini cənab Mehman Abbası salamladı. Maliyyə Xidmətləri İşçi Qrupunun sədri xanım Evgeniya Qaşikulina öz növbəsində iştirakçıları salamladı və alternativ maliyyə mexanizmlərinin ölkədə əhəmiyyətinə diqqət çəkdi.

Ekvita şirkətinin mütəxəssisləri - cənab İlqar Mehti və cənab Emil Bəşirov görüşdə “Alternativ Maliyyələşmə haqqında Qanunvericilik” mövzusunda çıxış edərək alternativ maliyyələşmənin formaları və Azərbaycan üçün olan perspektivlərini izah etdilər.

Təqdimatdan sonra cənab İlqar Mehti və cənab Emil Bəşirov iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı

19.12.2019: Maliyyə Xidmətləri İşçi Qrupunun təsis iclası

Maliyyə Xidmətləri İşçi Qrupunun təsis iclası 10 dekabr 2019-cu il tarixində AHK Azərbaycanın ofisində keçirildi.

AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumann və İdarə heyətinin üzvü cənab Fərid İsayev qonaqları salamlamışdır.

Cənab Tobias Baumann daha sonra iştirakçılara Maliyyə Xidmətləri İşçi Qrupunun sədri xanım Yevgeniya Qaşikulinanı təqdim etdi.

İclasda Maliyyə Xidmətləri İşçi Qrupunun əsas vəzifələri, mövzular və gələcək görüşlərin keçirilməsi üçün uyğun tarixlər müzakirə edildi.

AHK Azərbaycanın Maliyyə Xidmətləri İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri maliyyə bazarında mövcud çətinliklərin araşdırılması daxil olmaqla, strateji və operativ planlaşdırma, qanunvericilikdəki dəyişikliklər, biznesin idarəedilməsi sahəsində bilik və təcrübə mübadiləsi, maliyyə və kontrollinq sahəsinin əsas mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir. Ətraflı