Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupu

Üzv şirkətlərin qeyd olunan sahələrdə qarşılaşdıqları gündəlik problemləri ünvanlamaq məqsədilə Böyük Dördlük şirkətlərindən birinin təşəbbüsü ilə 2018-ci ildə Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupu yaradılmışdır. Hazırda İşçi Qrupuna sədrliyi PwC Azərbaycan şirkətinin vergi xidmətləri üzrə direktoru xanım Günel Sadiyeva edir. Həmçinin BHM Hüquq Şirkətinin partnyoru xanım Gülnar Qurbanova Hüquq Məsələləri üzrə vitse-sədr kimi fəaliyyət göstərir.

İşçi Qrupunun mühüm məqsədləri palatanın üzvləri üçün aktual hüquqi məsələlər üzrə məlumatlandırma tədbirlərinin təşkil edilməsi, Azərbaycan qanunvericiliyində mövcud dəyişikliklərin müzakirə edilməsi, fikir və təcrübə mübadiləsi, müvafiq dövlət qurumları ilə dialoqun dərinləşdirilməsidir.

İşçi Qrupunun əvvəlki görüşləri

14.11.2023: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

14 noyabr 2023-cü il tarixində AHK Azərbaycanın üzvü olan şirkətlər üçün Hyatt Regency İclas və Konfrans Mərkəzinin Şamaxı zalında Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü təşkil olundu. İşçi qrupunun sədri xanım Günel Sadiyeva iştirakçı şirkətləri salamladı və görüşün gedişatı haqqında qısa məlumat verdi. Həmçinin xanım Sadiyeva PwC Azərbaycana görüşün keçirilməsinə verdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirdi.

Tədbirin ilk yarısında Beynəlxalq Vergitutma və Vergi Monitorinqi Baş İdarəsinin rəis müavini cənab Ceyhun İsmayılov iştrakçılara vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) əsas prinsipləri və standartları haqqında ətraflı məlumat verdi və onların Azərbaycanda tətbiq edilməsindən danışdi. Cənab İsmayılov həm də Transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırması (APA) dəyişiklikləri və Qeyri-Rezidentlərin vergi uçotu haqqında ətraflı məlumat verdi.

Görüşün ikinci yarısında cənab İsmayılov “Global Rules” (GloBE) minimum qaydalarına yanaşma və saziş əsaslı qaydalar barədə məlumat verərək çıxışını tamamladı. Daha sonra tədbir xanım Sadiyevanın moderatorluğu altında sual-cavab sessiyası ilə dəvam etdi.

Tədbirin sonunda görüşün iştrakçılarına Autocapital-Azerbaijan MMC-nin gömrük idarəsinin rəisi olan cənab Elvin Əliyevin, Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupununa gömrük məsələləri üzrə yeni vitse sədr vəzifəsinə təyinatı haqqında məlumat verildi.

Əlavə olaraq, AHK Azərbaycan adından tədbirə sponsor dəstəyi üçün PwC Azərbaycana xüsusi minnətdarlığımızı bildiririk. Ətraflı

27.09.2023: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

27 sentyabr 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunan Rəqabət Məcəlləsinin layihəsi haqqında müzakirələr aparıldı, daha sonra bununla bağlı AHK Azərbaycan üzvlərini maraqlandıran məsələ və sualların dairəsinin müəyyən edilməsi həyata keçirildi.

İclası açıq elan edən xanım Günel Sadiyeva iştirakçıları salamladı və görüşün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi cənab Məmməd Abbasbəylinin ilə keçiriləcək AHK Impuls tədbirinə hazırlıq üçün yaxşı bir imkan olacağına inandığını bildirdi.

Çıxışında xanım Günel Sadiyeva rəqabət sahəsindəki dəyişikliklərə və antiinhisar mövzusuna toxundu. Bundan əlavə işçi qrup ilə birlikdə sövdələşmələr və müqavilələr mövzusunda danışıqlar keçirildi. Həmçinin rəqabət orqanın müstəqilliyinin önəmi vurğulandı və iştirakçılar öz aralarında fikir mübadiləsi apardı. Ardınca isə işçi qrupu, monopoliya və monopolist şirkətlərin siyasəti mövzusunda diskussiya keçirdi.

Görüş xanım Günel Sadiyevanın moderatorluğu altında iştirakçıların aktiv müzakirələri ilə keçirildi. Həmçinin görüş zamanı tədbir iştirakçıları öz təcrübələrini bölüşdü və çalışdıqları sahələrə istinadən öz fikirlərini bölüşdülər. Tədbirin sonunda, növbədə keçirilməsi planlaşdırılan AHK Impuls tədbiri üçün iştirakçılardan sullar və təkliflər toplanıldı. Ətraflı

12.06.2023: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

12 iyun 2023-cü il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə İşçi Qrupunun 2023-cü ilin ikinci yarısı üzrə fəaliyyət planının müəyyən edilməsi məqsədilə Azərbaycanda vergi, gömrük və hüquq sahələrində aktual mövzular ətrafında müzakirələr aparıldı.

İclası açıq elan edən xanım Aytəkin Siraczadə iştirakçıları salamladı və Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun yeni sədri xanım Günel Sadiyevanı və Hüquq Məsələləri üzrə vitse-sədr xanım Gülnar Qurbanovanı təqdim etdi. O, bu görüşün qarşıda Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov ilə keçiriləcək AHK Impuls tədbirinə hazırlıq üçün yaxşı bir imkan olacağına inandığını bildirdi.

Çıxışında xanım Günel Sadiyeva işçi qrupunun yaxın gələcəkdə əsas məqsədlərindən danışdı. İşçi qrupuna aktivlik gətirmək və mütəmadi olaraq görüşlərin keçirilməsi, eləcə də bütün biznes nümayəndələri üçün vasitəçi rolunu oynamaq bu məqsədlər arasındadır. Daha sonra xanım Gülnar Qurbanova əlavə etdi ki, bu görüş müəyyən mənada tanışlıq xarakteri daşıyır və iştirakçıları müvafiq sahələrdə qarşılaşdıqları problemləri ünvanlamaq üçün üçün bu platformadan istifadə etməyə çağırdı.

Görüş xanım Günel Sadiyevanın moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Vergi, Gömrük və Hüquq Məsələləri öz fəaliyyətini vergi şəffaflığı, gömrük prosedurları, ticarətin asanlaşdırılması və antiinhisar tənzimləmələri sahələrində mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır. Ətraflı

23.02.2023: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

23 fevral 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi, həmçinin onların praktiki və texniki tərəfləri ilə bağlı aktiv müzakirələr aparıldı.

İclası açıq elan edən Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri cənab Fərid İsayev iştirakçıları salamladı və üzv şirkətlərin təklif və tövsiyələrinin Dövlət Vergi Xidmətinə təqdim edilməsi təşəbbüsü haqqında məlumat verdi. Dövlət Vergi Xidmətində müşavir vəzifəsində çalışan cənab Arif Quliyev görüşə qoşularaq, struktur dəyişiklikləri və yeni müstəqil Vergi Ombudsmanı İnstitutunun yaradılması planları ilə bağlı danışdı. Yeni qurum Dövlət Vergi Xidmətinin rəisinə birbaşa təklif və tövsiyələri çatdıra biləcək və burada əsas məqsəd vergi ödəyicilərinin hüquqlarının qorunmasıdır.

Görüş cənab Fərid İsayevin moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Görüş zamanı ƏDV bəyannamələrinin təqdim edilməsi prosesi, vergitutma prosedurları, fiziki şəxslərin vergiyə cəlb edilməsi və üzv şirkətlərin gündəlik üzləşdiyi çətinliklər müzakirə edildi və qərara alındı ki, müzakirə olunan fikirlər yığılaraq Dövlət Vergi Xidmətinə təklif və tövsiyələr şəklində göndəriləcəkdir. Ətraflı

04.10.2022: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

4 oktyabr 2022-ci il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi.

İclası açıq elan edən AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab Fərid İsayev iştirakçıları salamladı və görüşün təşkilində yaxından əməkdaşlıq etdiklərinə görə Dövlət Vergi Xidmətinin nümayəndələrinə minnətdarlığını bildirdi. O, daha sonra tədbirin fəxri qonağı olan Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi cənab Nicat İmanovu təqdim etdi. Cənab İsayev bildirdi ki, vergi qanunvericiliyinə növbəti dəyişikliklərin edilməsi nəzərdə tutulur və Dövlət Vergi Xidməti tərəfindən bu sahədə biznes icmalarına mütəmadi şəkildə məlumatlar verilir və müzakirələr aparılır.

Cənab Nicat İmanov Palata nümayəndələri ilə keçirilən bu tipli görüşlərin artıq ənənə halı aldığını bildirdi və qeyd etdi ki, görüşün məqsədi növbəti ilin büdcə-vergi siyasəti çərçivəsində həyata keçirilməsi planlaşdırılan dəyişikliklərin əsas istiqamətlərinin təqdim edilməsidir. Gözlənilən dəyişiklərin əsas məqsədi dəyişən iqtisadiyyatın fonunda tələb olunan yeniliklərin qanunvericilikdə öz əksini tapmasıdır.

Çıxışı zamanı cənab Nicat İmanov investisiya mühitinin təşviq edilməsi, maliyyə institularının fəaliyyətinin tənzimlənməsi, vergi ödəyiciləri üçün bank hesabların açılması daxil olmaqla bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsi, sosial xarakterli güzəştlərin dairəsin daha da genişləndirilməsi və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması kimi əsas istiqamətlərdən ibarət təkliflər haqqında tədbir iştirakçılarına məlumat verdi.

Tədbir AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə sual-cavab sessiyası və müzakirələr ilə davam etdi. Ətraflı

17.03.2022: AHK Azərbaycan üzvlərinin Mediasiya Şurası ilə görüşü

17 mart 2022-ci il tarixində 50-dən çox şirkət nümayəndəsi və mediatorun iştirakı ilə AHK Azərbaycan üzvlərinin Mediasiya Şurası ilə görüşü keçirildi. Tədbir üzv şirkətimiz olan KPMG Azərbaycanın dəstəyi ilə baş tutdu.

İclası açıq elan edən cənab Fərid İsayev iştirakçıları salamladı və tədbirin fəxri qonağı olan Mediasiya Şurasının İdarə Heyətinin sədri cənab Nadir Adilovu təqdim etdi. O, bildirdi ki, görüş Azərbaycanda mediasiya institutunun fəaliyyətinə həsr olunub və qonaq məruzəçi bu sahədə ən son vəziyyət haqqında məlumat verəcəkdir.

Daha sonra cənab Nadir Adilov söz alaraq biznes nümayəndələri ilə görüş imkanına görə Palataya minnətdarlığını bildirdi və qeyd etdi ki, aparılan islahatlar onların əhatələndiyi mühitdən çox asılıdır. Cənab Nadir Adilov çıxışında 2022-ci ilin birinci rübü üzrə müraciətlərin statistik göstəriciləri ilə bağlı hesabat verdi və əlavə etdi ki, hazırda ölkənin müxtəlif yerlərində ümumilikdə 217 aktiv mediator fəaliyyət göstərir.

Tədbir AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə sual-cavab sessiyası ilə davam etdi. Ətraflı

25.11.2021: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

25 noyabr 2021-ci il tarixində AHK Azərbaycan İdarə Heyətinin sədri cənab Fərid İsayevin rəhbərlik etdiyi Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun hibrid formatda növbəti görüşü baş tutdu. Tikinti, nəqliyyat və logistika sahələri üzrə alman şirkətlərinin Azərbaycana bazar araşdırması səfəri çərçivəsində baş tutan görüşdə Azərbaycan və Almaniyadan 60-dan çox şirkət nümayəndələri iştirak etdilər.

Görüşün əsas mövzusu Azərbaycanda milli iqtisadiyyatın inkişafında Ələt Azad İqtisadi Zonası layihəsinin rolu idi. İclası açıq elan edərək cənab Tobias Baumann iştirakçıları salamladı və mövzunun yerli və xarici biznes nümayəndələri üçün önəminə diqqət çəkdi. Tədbirin fəxri qonağı, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərov görüşdə “Azərbaycanda qeyri-neft və qaz sektorunda investisiya imkanları: Ələt Azad İqtisadi Zonasının misalında” adlı məruzə ilə çıxış etdi. Təqdimat əsnasında cənab Ələsgərov onların layihədən olan gözləntiləri və strateji baxışları, bizneslər üçün təşviqedici tədbirlər və qanunvericilik bazasından söz açdı.

Təqdimatdan sonra qonaq məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı. Ətraflı

20.06.2021: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

20 may 2021-ci il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüş Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunmasında gömrük nəzarəti mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edərək cənab AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann AR Dövlət Gömrük Komitəsinə Palata ilə sıx əməkdaşlıq etdiklərinə və İşçi Qrupunun fəaliyyətinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi və paylama hüquqları, eləcə də saxta məhsullar ilə mübarizə daxil olmaqla mövzunun vacibliyinə diqqət çəkdi. Onlayn görüş AHK Azərbaycan İcraçı direktorunun müavini xanım Nigar Bayramlı tərəfindən moderasiya edildi və məruzəçi qismində Dövlət Gömrük Komitəsindən üç rəhbər şəxs - Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi cənab Səməd Qaralov; Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi Ticarətin Asanlaşdırılması İdarəsinin rəisi cənab Ceyhun Nəcəfli; Xarici Ticarət İştirakçıları ilə İş şöbəsinin rəisi cənab Mahmud Nuriyev görüşə qatılaraq bu sahədə öz təcrübələrini iştirakçılarla bölüşdülər.

Həmçinin görüşdə BHM Hüquq Şirkətində Korporativ Hüquq və Maliyyə şöbəsinin hüquq meneceri xanım Türkan Hacıyeva ölkədə əqli mülkiyyət hüquqlarının müdafiəsinin mövcud vəziyyəti haqqında iştirakçılara ərtaflı məlumat verdi.

Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Ətraflı

22.07.2020: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

22 iyul 2020-ci il tarixində AHK Azərbaycanın Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti onlayn görüşü baş tutdu.

Görüş Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına həsr olunmuşdu və İdarə Heyətinin sədri / Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri cənab Fərid İsayev tərəfindən moderasiya edildi. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Dr. Anar Bağırov görüşə qatılaraq “Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları və əldə olunan nəticələr vəkilliyin prizmasından” mövzusunda çıxış etdi.

Çıxışında ölkədə məhkəmə müdafiəsi işinin təkmilləşdirilməsindən danışan Dr. Bağırov bu istiqamətdə vəkillərin ixtisaslaşmasının aparılmasının zəruriliyi, məhkəmə hakimiyyəti sahəsində aparılan islahatların azad sahibkarlığa təsiri, xüsusilə də mediasiya, arbitraj məhkəmələri institutunun kommersiya mübahisələrinin həllində yeri ilə bağlı bir sıra məsələlərə toxundu.

Görüş interaktiv şəkildə keçirildi və çıxışdan sonra Dr. Bağırov iştirakçıların suallarını cavablandırdı. Ətraflı

13.02.2020: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü 13 fevral 2020-ci il tarixində AHK Azərbaycanın ofisində keçirildi.

AHK Azərbaycanın İdarə Heyətinin sədri / Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri cənab Fərid İsayev qonaqları salamlamışdır.

Görüş Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə həsr olundu. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional Mərkəzlərlə İş şöbəsinin müdiri cənab Şükür Eyvazov icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi qaydaları ilə bağlı təqdimatla görüşdə çıxış etdi və palatanın üzv şirkətlərini maraqlandıran sualları cavablandı. Ətraflı

23.01.2020: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü 23 yanvar 2020-ci il tarixində AHK Azərbaycanın ofisində keçirildi.

AHK Azərbaycanın İdarə Heyətinin sədri / Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri cənab Fərid İsayev qonaqları salamlamışdır.

Görüş vergi qanunvericiliyinə edilən son dəyişikliklərə həsr olundu. Görüşdə PwC Azərbaycanın əməkdaşları, xanım Günel Sadiyeva və xanım Lalə Mustafayeva görüşdə 2020-ci ildə Azərbaycanda Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı məlumat verdilər. Çıxışda onlar transfer qiyməti və beynəlxalq vergitutma çərçivəsində məlumat mübadiləsi, transmilli şirkətlərə hesabat öhdəliyi, Vergi Məcəlləsinə daxil edilən yeni konsepsiyalar və ƏDV inzibatçılığı qaydalarında yeniliklər kimi mövzulara toxunuldu.

Təqdimatdan sonra xanım Günel Sadiyeva və xanım Lalə Mustafayeva iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı

30.05.2019: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü 30 may 2019-cu il tarixində AHK Azərbaycanın ofisində keçirildi.

AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumann və işçi qrupunun sədri cənab Fərid İsayev qonaqları salamlamışdır.

İşçi qrupunun görüşü “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə bağlı təcrübələrin müzakirəsinə həsr edilmişdir. Tədbirin fəxri qonağı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi cənab Səməd Qaralov olmuşdur.

Təqdimatdan sonra məruzəçi iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı

21.02.2019: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

21 fevral 2019-cu il tarixində AHK Azərbaycanın konfrans zalında Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü təşkil olunmuşdur.

Bu görüşdə KPMG Azərbaycan şirkətinin vergi üzrə əməkdaşı Rizvan Qubiyev və hüquq üzrə əməkdaşı Simuzer Feyzullayeva Azərbaycanın vergi və əmək qanunvericiliyində edilmiş, o cümlədən gözlənilən dəyişikliklər barədə məlumat təqdim etmişdirlər.

Görüş məhsuldar sual-cavab sessiyası ilə yekunlaşmışdır. Ətraflı

26.07.2018: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun görüşü

26 iyul 2018-ci il tarixində AHK Azərbaycanın konfrans zalında Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü təşkil olundu.

Tədbirin fəxri qonağı və məruzəçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin rəhbəri cənab Elnur Süleymanov oldu.

Görüşdə iştirakçılar Azərbaycanda əmək və sosial sığorta sahələrinin hazırkı vəziyyəti haqqında ümumi baxış əldə etdilər. Cənab Süleymanov eləcə də planlaşdırılan islahat gündəliyinə əsaslanaraq Nazirliyin tədbirlər planını iştirakçılara təqdim etdi. Bundan əlavə, şirkətləri müvafiq sahədə mövcud çərçivənin inkişafı üçün təklif və tövsiyələr verməyə dəvət etdi.

Görüş məhsuldar sual-cavab sessiyası ilə yekunlaşdı. Ətraflı

04.05.2018: Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun təsis iclası

4 may 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) Ofisində "Vergi və Hüquq Məsələləri" işçi qrupunun ilk iclası keçirilmişdir. İclasda AHK Azərbaycanın üzv şirkətlərindən 30 nümayəndə iştirak etmişdir.

İclasın əsas məqsədi vergi sahəsində olan çətinlikləri araşdırmaq və iştirakçıların təkliflərini toplamaq olmuşdur.

Yığıncağın başlanğıcında AHK Azərbaycan İdarə Heyətinin sədr müavini Fərid İsayev iştirakçıları salamlamışdır. Cənab İsayev iştirakçıları AHK Azərbaycanın rəhbərliyinin Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarov ilə apardığı məhsuldar müzakirələr və vergi islahatlarının keçirilməsində təklif olunan dəstək haqqında məlumatlandırmışdır.

Açılış nitqindən sonra müxtəlif sənaye sahəsindən olan iştirakçılar müzakirələrlə iclası davam etdirmişdirlər. Şirkət nümayəndələri vergi sahəsində qarşılaşdıqları çətinlikləri qeyd etmiş və daha sonra Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinin təkmilləşdirilməsi baxımından öz təkliflərini vermişdir. Ətraflı