İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Grupu
AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili & Təlimi (İR və PTT) İşçi Qrupu GRC Leadership Consulting şirkətinin təşəbbüsü ilə 19 sentyabr 2018-ci il tarixində yaradılmışdır.
AHK Azərbaycanın İR və PTT İşçi Qrupunun fəaliyyətinin mühüm məqsədləri insan resursları siyasəti, qanunvericilikdəki dəyişikliklər daxil olmaqla əmək bazarının hazırkı çətinliklərinin araşdırılması, insan resursları, peşə təhsili və təlimi sahəsində ideya və təcrübə mübadiləsi, insan resursları sahəsinin aktual mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.
İşçi Qrupunun əvvəlki görüşləri
24.11.2023: İR və PTT İşçi Qrupunun görüşü
2023-cü ilin 24 noyabr tarixində AHK Azərbaycanın ofisində 40-a yaxın üzv şirkətlərin nümayəndələrinin iştirakı ilə İR və PTT İşçi Qrupunun növbəti iclası keçirildi. Tədbirin əsas mövzusu “Azərbaycanda hibrid İş modeli”, PAŞA Bank ASC-nin insan resusları şöbəsinin direktoru olan xanım Zibeydə Hacı və PAŞA Bank ASC-nin insan resusları şöbəsinin mütəxəssisi xanım Aydan Məmmədova tərəfindən təqdim olunmuşdur.
Öncəliklə İR və PTT İşçi Qrupunun sədri, Access Bank QSC-nın insan resusları üzrə İcraçı direktoru xanım Nigar Hüseynzadə iştrakçıları salamladı və iclasın gedişatı haqqında qısa məlumat verdi. Daha sonra Zibeydə xanım təqdimata başladı. Zibeydə xanım, “Flexoffice” modelinin üstünlüklərini və çətinliklərini vurquladı. Həmçinin o, hibrid modelinin ofisdə tədbiqi və işqüzar əlaqələrə olan təsirni haqda danışdı. Zibeydə xanım təqdimat zamanı iştrakçılar ilə aktiv müzakirə apararaq suallarınını cavablandırdı.
Sonra görüş xanım Aydan Məmmədovanın təqdimatı ilə dəvam etdi. O, hibrid iş modelinin ənəvi iş mühitinə olan təsiri və işçilərin yeni modelə uyğunlaşmasının önəmi haqqında danışdı. Aydan xanım hibrid modelin ofisdə icrası və onunla bərabər effektiv iş mühitinin yaradılması haqqında iştrakçıları məlumatlandırdı. Xanım Məmmədova həmçinin iştrakçılarla aktiv müzakirələr apararaq yeniliyin hüquqi cəhətlərinidə müzakirə etmişdir.
Görüş “sual-cavab” sessiyası ilə davam etdi və görüşün sonunda Nigar xanım iştirakçılara öz təşəkkürünü bildirdi. Ətraflı
25.10.2023: İR və PTT İşçi Qrupunun görüşü
AHK Azərbaycanın İR və PTT İşçi Qrupunun növbəti görüşü çərşənbə günü, 25 oktyabr 2023-cü il tarixində AHK Azərbaycanın ofisində baş tutdu. Görüş iş yerində rifah istiqamətində müzakirələrə yönəldilmişdir.
İclası açıq elan edən İR və PTT İşçi Qrupunun sədri və AccessBank QSC-ın İnsan Resursları departamentinin icraçı direktoru xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və iclasın gedişadı haqqında məlumat verdi. Eləcə də, xanım Hüseynzadə gələcək tədbirlər və planlar barəsində iştirakçılara məlumat verdi.
Tədbirdə qonaq məruzəçi kimi iştirak edən Azerconnect MMC-nin əməkdaşı, İşçilərin transformasiyası və proqramları üzrə rəhbəri xanım Elnarə Məcidova giriş sözü ilə tədbir iştirakçılarını salamladı və iş yerində rifah barədə qısa məlumat verdi. Daha sonra, xanım Məcidova iş yerinin rifahının əsas komponentləri olan maliyyə, fiziki, cəmiyyət, sosial və karyera rifahı barədə çıxış etdi. Rifahın vacib hissəsi kimi Psixi Sağlamlıq mövzusundan söz açan xanım Məcidova işçilərin psixoloji, emosianal və sosial rifahı barədə də iştirakçıları məlumatlandırıb. Çıxışının sonunda xanım Məcidova daxili yönümlü davranış və psixi sağlamlığın qorunmasından bəhs edib. İclas sual-cavab sessiyası ilə yekunlaşıb. Ətraflı
14.07.2023: İR və PTT İşçi Qrupunun görüşü
14 iyul 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə kadr axınının yaratdığı xərclər mövzusunda müzakirələr aparıldı.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, daha sonra mövzunun xüsusi əhəmiyyətini vurğulayaraq bu tipli görüşlərin mütəmadi hal almacağına ümidini ifadə etdi. Azərbaycan İnsan Resursları Assosiasiyasının (AIRA) həmtəsisçisi və İdarə Heyətinin üzvü cənab Tural Məmmədov qonaq məruzəçi kimi görüşə qatılaraq “Kadr axının yaratdığı xərclər və onun biznesə maddi təsirləri” mövzusunda qarşılıqlı fikir mübadiləsi apardı.
Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra qonaq məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı. Ətraflı
25.05.2023: İR və PTT İşçi Grupunun görüşü
25 may 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə Görüşdə Azərbaycanda işəgötürənlərin brendinq strategiyaları üzərində müzakirələr aparıldı.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və görüşə ev sahibliyi etdiyinə görə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə təşəkkürünü bildirdi. İşəgötürənlərin brendinqinin əhəmiyyətindən danışaraq, o mövzu ilə bağlı yaradıcı yanaşmalara diqqət çəkdi və bu sahənin insan resurslarının marketinq ilə görüşdüyü sahə olduğunu bildirdi.
Sahənin üç peşəkar mütəxəssisi, Azercell Telekom MMC-nin İnsan kapitalının idarə edilməsi / İstedadların idarə edilməsi və biznes partnyorluğu şöbəsinin meneceri xanım Nigar Hüseyn-zadə; Unibank Kommersiya Bankı ASC-dən İnsan kapitalının idarə edilməsi departamentinin direktoru xanım Natalya Sandler və Təşkilati inkişaf şöbəsinin müdiri xanım Viktoriya Hüseynova görüşə məruzəçi qismində qatıldılar. Görüş zamanı məruzəçi qonaqlar Azərbaycanda işəgötürənlərin brendinqi ilə bağlı öz təcrübələrini iştirakçılar ilə bölüşdülər.
Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri xanım Fatimə Ələkbərova və xanım Gülnar Mirhüseynova Agentlik tərəfindən təqdim olunan Technest təqaüd proqramları haqqında qısa təqdimatla çıxış etdilər. Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi. Ətraflı
26.04.2023: İR və PTT İşçi Qrupunun görüşü
26 aprel 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə Yelo Bank ASC-nin ev sahibliyi etdiyi AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə spiral dinamika modeli ilə bağlı müzakirələr aparıldı.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və görüşə ev sahibliyi etdiyinə görə Yelo Bank ASC-nə təşəkkürünü bildirdi. O, mövzunun maraqlı və aktual olduğunu qeyd edərək onun gündəlik iş həyatında tətbiqi imkanlarından danışdı. iBloom MMC-nin həmtəsisçisi və direktoru xanım Ülviyyə Cabbarlı görüşə məruzəçi qismində qatılaraq "Spiral Dinamika - İnsan Resursları üçün dəyəri və Azərbaycanda tətbiqi imkanları" mövzusunda iştirakçılara interaktiv təlim keçdi. O, modelə qısa giriş hissəsindən sonra dəyər sistemlərinin (memlər) təkamülü haqqında danışdı və modeldə səkkiz fərqli səviyyənin üzərindən keçdi.
Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi. Ətraflı
05.04.2023: İR və PTT İşçi Qrupunun görüşü
5 aprel 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində dövlət-özəl sektor tərəfdaşlığı imkanları mövzusunda müzakirələr aparıldı.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, daha sonra mövzunun xüsusi əhəmiyyətini vurğulayaraq bu tipli görüşlərin mütəmadi hal almacağına ümidini ifadə etdi. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini / direktor vəzifəsini müvəqqəti icra edən cənab Ceyhun Kərəmov görüşə qonaq məruzəçi qismində qatılaraq "Peşə təhsilində dövlət-özəl əməkdaşlığı: imkanlar və çağırışlar" mövzusunda çıxış etdi.
Təqdimatına qısa fikir mübadiləsi ilə başlayan cənab Kərəmov gənclər arasında təhsilə olan meyillər və dövlətin peşə təhsilinə marağı artırmaq səylərindən danışdı. Bu istiqamətdə o, bir sıra əsas göstəriciləri və mühüm təşəbbüsləri qeyd etdi. Daha sonra cənab Kərəmov ölkədə özəl şirkətlərlə birgə həyata keçirilən ikili təhsil proqramlarının uğur hekayələrinə diqqət çəkdi.
Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi. Ətraflı
01.03.2023: İR və PTT İşçi Qrupunun görüşü
1 mart 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş Azərbaycanda bazarın mükafatlandırma strategiyaları mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, işçi qrupunun planlaşdırılan tədbirləri haqqında məlumat verdi və iştirakçıları müzakirələrdə aktiv olmağa çağırdı. Willis Towers Watson (WTW) şirkətinin əməkdaşları və əmək haqqının müəyyən edilməsi və ümumi mükafatlandırma strategiyaları sahəsi üzrə çalışan xanım Çağla Soysal və xanım Səbinə Dikmen görüşdə qonaq məruzəçi qismində iştirak etdilər.
Daha sonra qonaq məruzəçilər “Azərbaycanda mükafatlandırma sistemlərinə baxış” mövzusunda çıxış edərək şirkətin 2022-ci ildə Azərbaycanda keçirdiyi ümumi sənaye mükafatlandırma sorğusunun əsas nəticələrini təqdim etdilər. Təqdimat dünya bazarında ümumi tendensiyalar, yerli mükafatlandırma bazarında rəqabətədavamlı və səmərəli mükafatlandırma paketlərinin işlənib hazırlanması, bazarın müqayisəsinin aparılması və düzgün mükafatlandırma səviyyələri ilə istedadların cəlb edilməsi və saxlanılması kimi bir sıra məsələlərə toxundu.
Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdı. Ətraflı
01.02.2023: İR və PTT İşçi Qrupunun Görüşü
1 fevral 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə İşçi Qrupunun 2023-cü il üzrə fəaliyyət planının müəyyən edilməsi məqsədilə Azərbaycanda insan resursları və peşə təhsili sektorunda aktual mövzular ətrafında müzakirələr aparıldı. Müzakirələr AHK Azərbaycan İR və PTT İşçi Qrupunun sədri xanım Nigar Hüseynzadə tərəfindən moderasiya edildi.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və yanvar ayının ikinci yarısında keçirilmiş İR və PTT İşçi Qrupunun fəaliyyəti ilə bağlı onlayn sorğunun nəticələrini təqdim etdi. Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə aktiv müzakirələr fonunda davam etdi, üzvlər insan resursları sahəsində mövcud çətinliklər və gündəlik üzləşdikləri problemlərdən danışdılar. Şirkətlər arasında təcrübə mübadiləsi və mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər müzakirələrin əsas hissəsini təşkil etdi. Görüşün sonunda xanım Nigar Hüseynzadə Palatanın üzv şirkətlərdən gələn bütün təklif və ideyalarına açıq olduğunu bir daha vurğuladı. Ətraflı
01.12.2022: İR və PTT İşçi Qrupunun görüşü
1 dekabr 2022-ci il tarixində 40-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş yaxın aylarda dərc olunacaq “AHK Human Resources Insights” buraxılışlarının əsas nəticələrinin müzakirəsinə həsr olundu. Məlumat üçün qeyd edək ki, 2022-ci ilin ilk aylarından AHK Azərbaycan İR və PPT İşçi Qrupunun bir neçə üzvündən ibarət komanda Azərbaycanda insanlar resursları sahəsi ilə bağlı praktikada üzləşilən ən vacib və çətin sualları cavablandıra biləcək məqalələr üzərində çalışır.
İclası açıq elən edən cənab Tobias Baumann iştirakçıları və spikerləri salamladı və “AHK Human Resources Insights” buraxılışlarının hazırlanmasına komanda üzvlərinin gərgin əməyini yüksək qiymətləndirdiyini bildirdi. O, cənab Dəyanət Əhmədova son beş il ərzində fəal əməkdaşlığına görə təşəkkür edərək növbəti ildən İR və PTT İşçi Qrupunun sədrliyinin AccessBank QSC-nin İnsan resursları üzrə icraçı direktoru xanım Nigar Hüseynzadəyə həvalə olunduğunu elan etdi. Ətraflı
09.06.2022: İR və PTT İşçi Qrupunun görüşü
9 iyun 2022-ci il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş Azərbaycanın iqtisadi inkişafında peşə təhsilinin rolu mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları və qonaq məruzəçiləri salamladı və peşə təhsilinin Palatanın gündəliyində mühüm yer tutduğunu qeyd etdi. Yaxın keçmişə nəzər saldıqda əminliklə demək olar ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahənin inkişafında irəliyə doğru atılmış vacib addım idi. Daha sonra cənab Dəyanət Əhmədov işçi qrupunun son dövrlərdə fəaliyyəti haqqında iştirakçılara məlumat verdi və tədbirin gündəliyi ilə onları tanış etdi.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini / direktor vəzifəsini müvəqqəti icra edən cənab Ceyhun Kərəmov görüşə qatılaraq iştirakçılara agentliyin peşə təhsili sahəsində strateji prioritetlər və əsas inkişaf istiqamətləri, o cümlədən əlçatanlığın artırılması və yüksək texniki peşə təhsili haqqında danışdı. O, çıxışı zamanı Palatanın peşə təhsilinə verdiyi dəyəri xüsusilə vurğuladı. Bundan sonra BiWE International-ın ikili təhsil eksperti / Azərbaycan üzrə layihə meneceri, cənab Mehmet Çakar Azərbaycanda alman standartlarının tətbiqi ilə həyata keçirilən ikili peşə təhsili layihəsinin təqdimatını etdi.
Görüş AHK Azərbaycanın üzv şirkətləri və tərəfdaşlarının iştirakı ilə interaktiv sual və cavab sessiyası ilə davam etdi. Ətraflı
16.03.2022: İR və PTT İşçi Qrupunun onlayn görüşü
16 mart 2022-ci il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti onlayn görüşü keçirildi. Görüş insan resurslarının biznes strategiyası ilə uyğunlaşdırılması mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edən cənab Dəyanət Əhmədov iştirakçıları salamladı, işçi qrupunun ötən iki il ərzində fəaliyyəti haqqında məlumat verdi və qonaq məruzəçiləri təqdim etdi. O, keçən il üzvlər arasında keçirilmiş sorğuda insan resursları sahəsində beynəlxalq təcrübənin ən çox qeyd olunan mövzular arasında olduğunu bildirdi.
Boyden Executive Research şirkətinin regional təmsilçiləri olan və insan resursları və sektorlararası əməkdaşlıq sahəsi üzrə ixtisaslaşmış Dr. Robert Winterhalter, cənab Birger M. Svendsen və xanım Sylke Sergel görüşdə qonaq məruzəçi qismində iştirak etdilər. Çıxışları zamanı onlar Boyden şirkətinin insan resursları sahəsində rəhbər şəxslər arasında keçirdiyi sorğunun nəticələrini və bunun müxtəlif sahələrdə təsirlərini iştirakçılarla bölüşdülər, həmçinin insan resursları üzrə baş mütəxəssis (CHRO) və gələcəyin təşkilat strukturu, insan resursları strateji biznes tərəfdaşı rolunda, eləcə də biznesin planlaşdırılması prosesinə insan resurslarının inteqrasiyası kimi mühüm məsələlərə toxundular.
Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdı. Ətraflı
02.11.2021: İR və PTT İşçi Qrupunun görüşü
2 noyabr 2021-ci il tarixində 35-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun bu il üçün fiziki şəkildə ilk görüşü keçirildi. Görüş təlim prosesi zamanı keyfiyyətin təmin edilməsi və burada sertifikatlaşdırmanın rolu mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edərək cənab Dəyanət Əhmədov uzun bir müddətdən sonra fiziki şəkildə görüşlərə qayıtmaqdan məmnunluğunu ifadə etdi və yaz aylarında işçi qrupunun çərçivəsində keçirilmiş qısa müsahibələri yada saldı. Müsahibələrdən üzə çıxan məsələlərdən biri də görüşün müzakirə mövzusu olan sertifikatlar və onların iş həyatında rolu ilə bağlı idi.
Dövlət Məşğulluq Agentliyinin əməkdaşları cənab Kənan Bağırov və cənab Toğrul Ələkbərov görüşə qatılaraq agentliyin peşə hazırlığı sahəsində fəaliyyəti və gələcək layihələr haqqında iştirakçılara ətraflı məlumat verdilər. Daha sonra “Azersun Holdinq”-in təlim və inkişaf şöbəsinin rəhbəri cənab Elçin Əzimli iş həyatı və onun tələblərinin daima dəyişdiyi bir şəraitdə təkcə universitet diplomunun keçərli olmadığını vurğuladı. Dəyişən biznes mühiti ilə uyğunlaşmağın önəminə diqqət çəkərək o, işçilər arasında emosional intellekt və sosial bacarıqların rolunu xüsusilə qeyd etdi.
Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdı. Ətraflı
27.01.2021: İR və PTT İşçi Qrupunun görüşü
27 yanvar 2021-ci il tarixində 40-dan çox şirkət nümayəndəsi və universitet təmsilçilərinin iştirakı ilə DAAD Azərbaycanla əməkdaşlıq çərçivəsində AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. İclas Azərbaycanda ikili təhsil proqramlarının mümkün tətbiqi mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edərək cənab Dəyanat Əhmədov ölkədə ixtisaslı işçi qüvvəsinin çatışmazlığını vurğuladı və bu tipli müzakirələrin mümkün həll yollarının tapılmasına kömək edəcəyinə ümidini ifadə etdi. Onlayn görüş AHK Azərbaycanda Peşə təhsili üzrə rəhbər, Dr. Magnus Müller və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində DAAD-ın lektoru Dr. Michael Beck tərəfindən birlikdə moderasiya edildi. Məruzəçi qismində ikili təhsil proqramları üzrə mütəxəssislər - Brandenburq əyalətinin İkili Təhsil üzrə Agentliyinin direktoru xanım Franziska Kuhl və AHK Kolumbiyada işləmiş ekspert cənab Peter Hirsch görüşə qatılaraq iştirakçılarla öz təcrübələrini bölüşdülər.
Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Görüş mövzu ətrafında müzakirələrlə davam etdi. Ətraflı
04.12.2020: İR və PTT İşçi Qrupunun görüşü
04 dekabr 2020-ci il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə İR və PTT İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. İclas Azərbaycanda məşğulluq və əmək bazarında hazırkı çağırışlar mövzusuna həsr olunmuşdu.
Cənab Aqil Allahverdiyev iclası açıq elan edərək İR və PTT İşçi Qrupunun 2020-ci il üzrə Mövqe Sənədinin hazırlanmasında əməyi keçən üzv şirkətlərə xüsusi təşəkkürünü bildirdi. Daha sonra o, İşçi Qrupunun yeni sədri cənab Dəyanət Əhmədovu iştirakçılara təqdim etdi.
İclas cənab Əhmədov moderasiya edilmiş və məruzəçi qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və Demoqrafiya şöbəsinin müdir müavini xanım Rəna Abdullayeva və AccessBank QSC-nin İnsan Resursları departamentinin direktoru xanım Nigar Hüseynzadə iştirak etmişdir. Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Ətraflı
17.06.2020: İR və PTT İşçi Qrupunun görüşü
17 iyun 2020-ci il tarixində 20-dən çox şirkət nümayəndələrinin iştirakı ilə İR və PTT İşçi Qrupunun ilk onlayn iclası keçirildi. İclas koronavirus pandemiyasının insan resursları sahəsinə qısa və uzunmüddətli təsirlərinə həsr olunmuşdu.
İclas cənab Aqil Allahverdiyev tərəfindən moderasiya edilmiş və məruzəçi qismində - xanım Nüşabə Cəfərova, HCM / “Azercell Academy”-nin konsultantı və xanım Nagihan Köse, AHK Türkiyənin İnsan Resursları şöbəsinin rəhbəri iştirak etmişdir. Daha sonra cənab Aqil Allahverdiyev iclasda İR və PTT İşçi Qrupunun 2020-ci il üzrə Mövqe Sənədini təqdim etdi. Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıların suallarını cavablandırdı. Ətraflı
13.12.2019: İR və PTT İşçi Qrupunun görüşü
İR və PTT İşçi Qrupunun növbəti görüşü 13 dekabr 2019-cu il tarixində AHK Azərbaycanın ofisində keçirildi.
Görüşdə İşçi Qrupunun son 2 il ərzində fəaliyyəti zamanı toxunulmuş mövzular, əmək və peşə təhsili qanunvericiliyi, həmçinin 2020-ci ilin əvvəlində nəşr ediləcək İR və PTT İşçi Qrupunun Mövqe Sənədi geniş müzakirə olundu.
Üzv şirkətlərdən dəvət olunmuş spikerlər - BHM Hüquq Şirkətindən xanım Gülnar Qurbanova və KPMG Azərbaycandan xanım Aysel Balakişiyeva aparılan müzakirələrə böyük töhfə verdi. Ətraflı
26.09.2019: İR və PTT İşçi Qrupunun görüşü
İR və PTT İşçi Qrupunun növbəti görüşü 26 sentyabr 2019-cu il tarixində AHK Azərbaycanın ofisində keçirildi.
AHK Azərbaycanın icraçı direktoru cənab Tobias Baumann və İR və PTT İşçi Qrupunun sədri cənab Aqil Allahverdiyev qonaqları salamlamışdır.
Görüşdə "Peşə təhsilini necə cəlbedici etmək olar?" sualı geniş müzakirə olundu. Tədbirə çıxış etmək üçün iki qonaq spiker dəvət edilmişdi.
Doktor Henninq Sasse, Norm MMC-nin baş direktoru şirkətin peşə təhsilinə verdiyi əməli töhfə barəsində məlumat verdi. Bundan əlavə, O, Almaniyadakı sement zavodunda peşə təhsilinin səciyyəvi xüsusiyyətlərini müqayisə olaraq təqdim etdi.
Cənab Pərviz Yusifov, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru özəl sektordan olan şirkətlərin peşə təhsilində yaxından iştirakını nəzərdə tutan islahatlar prosesinin gedişatı ilə bağlı ətraflı məlumat verdi.
Təqdimatdan sonra məruzəçilər iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı
04.07.2019: İR və PTT İşçi Qrupunun görüşü
İR və PTT İşçi Qrupunun növbəti görüşü 4 iyul 2019-cu il tarixində AHK Azərbaycanın ofisində keçirilmişdir. AHK Azərbaycanın Peşə Təhsili üzrə rəhbəri cənab Magnus Müller görüşün qonaqlarını salamlamışdır.
Tədbirin məruzəçisi İR və biznes tərəfdaşlığı üzrə mütəxəssis cənab İlqar Musabalıyev olmuşdur. O, görüşdə“İnsan resursları və biznes tərəfdaşlığı” mövzusu ilə çıxış etmişdir. Tədbir iştirakçıları strateji İR planlaşdırılması və biznes əməliyyatları, işçi motivasiyası və insan kapitalına düzgün investisiya barədə məlumat əldə etmişdirlər.
Təqdimatdan sonra məruzəçi iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı
31.05.2019: İR və PTT İşçi Qrupunun görüşü
İR və PTT İşçi Qrupunun növbəti görüşü 31 may 2019-cu il tarixində AHK Azərbaycanın ofisində keçirilmişdir. İşçi qrupunun sədri cənab Aqil Allahverdiyev görüşün qonaqlarını salamlamışdır.
İşçi Qrupunun bu görüşü peşə təhsilində əməkdaşlıqlar mövzusuna həsr olunmuşdur. Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru cənab Mahir Namazov və Knauf Marketing Baku şirkətinin tədris işləri üzrə meneceri cənab Aydın Hacıyev Azərbaycanda peşə məktəbinin iqtisadiyyatla əməkdaşlığı haqqında məlumat vermişdir.
Tədbirin ikinci hissəsində də peşə təhsili sahəsində əməkdaşlıq müzakirə edilmişdir və AHK Azərbaycanın Peşə Təhsili üzrə rəhbəri cənab Dr. Magnus Müller Almaniyada İkili Peşə Təhsili Sistemi haqqında məruzə etmişdir.
Təqdimatdan sonra məruzəçi iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı
05.03.2019: İKT və İR & PTT İşçi Qruplarının birgə görüşü
AHK Azərbaycan 5 mart 2019-cu il tarixində İKT və İR və PTT İşçi Qruplarının birgə görüşünü keçirmişdir. AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumann qonaqları salamlamışdır. İR və PTT İşçi Qrupunun sədri cənab Aqil Allahverdiyev və İKT İşçi Qrupunun sədri cənab Rüfət Hacıəlibəyov iştirakçılara mövzu ilə bağlı məlumat vermişdirlər.
Cənab Rüfət Hacıəlibəyov İKT İşçi qrupunun yeni sədri, Azercell şirkətinin korporativ satış üzrə direktoru cənab Rüfət Sadıqovu İşçi Qrupunun üzvlərinə təqdim etmişdir. Daha sonra cənab Rüfət Hacıəlibəyov SAP şirkətinin HR transformasiyası və inkişafı üzrə eksperti cənab Alexander Maslyuku “Performansın idarə edilməsini optimallaşdıran rəqəmsal HR sistemi” mövzusunda çıxış etməyə dəvət etmişdir.
Görüşdə cənab Alexander Maslyuk ənənəvi performans idarəetməsi, SAP Catalysts, SAP SuccessFactors sistemi və kompensasiya dövriyyəsi barədə iştirakçılara məlumat təqdim etmişdir.
Təqdimatdan sonra məruzəçi iştirakçıların sorğularını cavablandırmış və görüş müzakirələr ilə davam etmişdir. Ətraflı
24.01.2019: İR və PTT İşçi Qrupunun görüşü
24 yanvar tarixində AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili və Təlimi (İR & PTT) İşçi Qrupunun 2019-cu il üçün ilk görüşü keçirilmişdir. İşçi Qrupunun sədri cənab Aqil Allahverdiyev iştirakçıları salamlamış və İşçi qrupunun illik proqramı iştirakçılara təqdim etmişdir.
İşçi qrupunun bu dəfəki görüşü Azərbaycanda peşə təhsili və təlimi mövzusuna həsr olunmuş və görüş zamanı Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi xanım Nigar İsmayılzadə iştirakçıları həyata keçirilən islahatlarla bağlı məlumatlandırmışdır. Bundan əlavə, iştirakçılar peşə təhsilinin inkişafı ilə bağlı yeni yanaşma və Agentliyin beynəlxalq əməkdaşlıq təcrübəsi haqqında məlumat əldə etmişdir.
Daha sonra AHK Azərbaycanın Peşə təhsili üzrə rəhbəri, Dr. Magnus Müller “Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu” və üzv şirkətlər üçün peşə təhsili sahəsində yaranan imkanlar barədə təqdimat etmişdir. Ətraflı
29.11.2018: İR və PTT İşçi Qrupunun görüşü
29 noyabr 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) ofisində İnsan Resursları və Peşə Təhsili və Təlimi (İR və PTT) işçi qrupunun növbəti görüşü keçirilmişdir.
Görüş personalın işə götürülməsi və inkişafı mövzusuna həsr olunmuşdur və İR üzrə mütəxəssis cənab Bülent Hasdemir “İstedadların işə cəlb edilməsində rəqabət üstünlüyünün əldə edilməsi” mövzusu ilə çıxış etmişdir.
Görüşün başlanğıcında işçi qrupunun sədri cənab Aqil Allahverdiyev iştirakçıları salamlamış və işçi qrupunun fəaliyyətinin mühüm məqsədləri barədə məlumat vermişdir.
Açılış nitqindən sonra cənab Bülent Hasdemir iştirakçıları insan resurslarının idarə edilməsi, müəssisə daxilində insan qüvvəsinə olan ehtiyacın planlaşdırılması, işçilərin təlim və inkişaf etdirilməsi strategiyaları haqqında məlumatlandırmışdır. Ətraflı
19.09.2018: İR və PTT İşçi Qrupunun təsis iclası
19 sentyabr 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) ofisində İnsan Resursları və Peşə Təhsili və Təlimi (İR və PTT) işçi qrupunun ilk iclası keçirilmişdir. İclasda AHK Azərbaycanın üzv şirkətlərindən 18 nümayəndə iştirak etmişdir.
İclasın əsas məqsədi İR və PTT sahələrində olan çətinlikləri araşdırmaq və iştirakçıların təkliflərini toplamaq olmuşdur.
Yığıncağın başlanğıcında AHK Azərbaycanın İdarə Heyətinin sədr müavini Fərid İsayev və işçi qrupunun sədri Aqil Allahverdiyev iştirakçıları salamlamış və işçi qrupunun fəaliyyətinin mühüm məqsədləri barədə məlumat vermişdirlər.
Açılış nitqindən sonra müxtəlif sənaye sahəsindən olan iştirakçılar müzakirələrlə iclası davam etdirmişdirlər. İclasda üzv şirkətlərin təklifləri toplanılmış, bu sahələrdəki mövcud çətinliklər müəyyənləşdirilmiş və növbəti birgə addımlar müzakirə olunmuşdur. İştirakçılar həmçinin növbəti görüşlər üçün əsas mövzular və məqsədləri müəyyənləşdirmişdirlər. Ətraflı