Təcrübəli Ekspertlər Xidməti (SES)

Baş qərargahı Bonn şəhərində yerləşən SES “özünə dəstək” prinsipinə əsaslanaraq konsaltinq xidmətləri göstərən Almaniya iqtisadiyyatının bir fondudur.

© AHK Azerbaijan/Farhad Sultanov

Təcrübəli Ekspertlər Xidməti (SES), iqtisadiyyatın müxtəlif sahələrindən olan təqaüdə çıxmış mütəxəssisləri, həmçinin aparıcı işçiləri öz bilik və təcrübələrini ötürmələri məqsədilə onların xaricə göndərilməsi ilə məşğul olan bir alman təşkilatıdır. AHK Azərbaycan, Təcrübəli Ekspertlər Xidməti (SES) layihəsinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Təşkilat haqqında daha ətraflı məlumatı Siz www.ses-bonn.de səhifəsindən əldə edə bilərsiniz.

Təcrübəli Ekspertlər Xidməti (SES) layihəsinin əsas maliyyə dəstəyi

  • Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ)
  • Federal Təhsil və Araşdırma Nazirliyi (BMBF)

Təcrübəli Ekspertlər Xidməti (SES) layihəsinin əsas fəaliyyəti

  • Mütəxəssislərin və rəhbər işçilərin peşə hazırlığı
  • Xidmətlərin, məhsulların təkmilləşdirilməsi və proseslərin optimallaşdırması
  • Texniki, iqtisadi və təşkilati problemlərin idarə edilməsi
  • Azərbaycan iqtisadiyyatının inkişafına dəstək
  • 1983-cü ildən 2019-cu ilə qədər Azərbaycanda uğurla həyata keçirilmiş 200 layihə

Təcrübəli Ekspertlər Xidməti (SES) ekspertlərinin üstünlükləri

  • Ekspertlərin öz sahələrində çoxillik peşəkar təcrübəsi
  • 50-dən çox sənaye sahəsində peşəkar biliklərə malik olma
  • Müştərilərin istək və tələblərinə müvafiq dəstək
  • Yaxşı xarici dil bacarıqları
  • Yerli şəraitə uyğunlaşma bacarığı

Təcrübəli Ekspertlər Xidməti (SES) layihəsinin sifarişçiləri

  • Müxtəlif sahələr üzrə kiçik və orta yerli müəssisələr və şirkətlər
  • Sosial və tibb müəssisələri
  • Təhsil və ixtisasartırma sahəsində fəaliyyət göstərən təşkilatlar

SES layihəsinin həyata keçirilməsi üçün şərtlər

  • Doldurulmuş müraciət ərizəsinin SES-in yerli nümayəndəsinə təqdim edilməsi
  • Ekspertdən tələb olunan tapşırığın SES Bonn tərəfindən yoxlanılması və axtarışa başlanılması
  • Sifarişçi tərəf və ekspert ilə ayrı-ayrılıqda müqavilə imzalanması
  • Ekspertlərin əsas fəaliyyətinin konsultasiya xarakteri daşıması
  • Tövsiyələrin icra edilməsinə sifarişçi məsuliyyət daşıyır.

Maliyyələşməsi

  • Sifarişçi tərəflər ekspertlərin səyahət xərclərini, ölkədə qalacaqları müddət ərzində yemək və qalma xərclərini qarşılamalıdır.
  • Sifarişçi beynəlxalq uçuş və SES administrativ xərclərini qarşılaya bilmədiyi halda, bu vəsait Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən istisna hal olaraq təmin edilə bilər.

Azərbaycanda həyata keçirilmiş layihələr

AHK Azərbaycan bu günədək tibb, kənd təsərrüfatı və daşınmaz əmlak kimi müxtəlif sahələr üzrə layihələri artıq uğurla həyata keçirmişdir. Sizin şirkətiniz də "təcrübə vasitəsilə bilik əldə etmək" istəyirsə, biz Sizin təxminən 12 min ekspertdən biri ilə əlaqə yaratmağınıza dəstək göstərməkdən məmnun olarıq.

1983-cü ildən 2019-cu ilə qədər Azərbaycanda uğurla həyata keçirilmiş 200 layihə

Hazırda Azərbaycanda bir sıra müəssisələr SES ekspertlərinin təcrübəsindən bəhrələnmişdir. Bunlara "Azersun Holdinq", "Gilan Holdinq", "Veysəloğlu", "Qinyətoğulları", "Azza", "Azza Agro", “BDM” Dil Mərkəzi, “Oki" Klinikası, “Səhhət” Klinikası, "Mərkəzi Gömrük Xəstəxanası", “Baku Business Factory”, “Gazelli Group”, "Improtex Group", "ABAD", "AS Group Investment", "Turizm Agentliyi", "ADA" Universiteti, "Yalama" Agropark, "AF Holdinq" və sair kimi müəssisələri vurğulamaq olar.

Siz də Təcrübəli Ekspertlər Xidməti (SES) layihəsindən faydalanmaq istəyirsinizsə, “SES müraciət ərizəsi”ni müvafiq məlumatla doldurub SES layihəsinin rəhbərinə xanım Rəvanə Quliyeva (ravana.guliyeva(at)ahk-baku.de) göndərə bilərsiz.