Təlimçilər üçün təlim

İkili sistemi öyrətmək istəyən hər hansı şəxs özü nəzəriyyə və təcrübə ilə tanış olmalıdır.

© Getty Images/pixdeluxe

Təlimçilər üçün hazırlıq təlimi Almaniyada qanunla məcburi xarakter daşıyır. Orada Almaniyanın Təlimçilərin Qabiliyyətinə dair Əsasnaməsinə (AEVO) uyğun olaraq vahid ixtisaslaşma standartlarına əsaslanan “təlimçilər üçün təlim” (AdA) konsepsiyası təcrübədə özünü doğrultmuşdur.

Proqram

Təlimçilər üçün təlim aşağıdakı dörd fəaliyyət sahəsinə bölünür:

  1. təlim tələblərinin yoxlanılması və təlim planının hazırlanması
  2. təlimin hazırlanması və təlimçilərin cəlb edilməsinə köməklik
  3. təlimin keçirilməsi
  4. təlimin başa çatdırılması

Sertifikat və təlimçi

Bu konsepsiyaya xaricdə fəaliyyət göstərən alman şirkətləri tərəfindən olan tələbat “Təlimçilər üçün beynəlxalq təlim” ixtisaslaşma konsepsiyasının işlənib hazırlanmasına təsir göstərdi. Bu konsepsiya bütün dünyada istifadə oluna bilər və xaricdə alman modeli əsasında təlim keçmək istəyən şirkətlər üçün məcburi xarakter daşıyır.

DIHK-Bildungs-GmbH tərəfindən təqdim olunan lisenziya əsasında AHK Azərbaycan Azərbaycanda fəaliyyət göstərən şirkətlərə 40 saatlıq təlim kursunu təklif edir. Məqsəd əsas iş və pedaqoji bacarıqların qazandırılmasıdır.

Təlimin sonunda biz Alman keyfiyyət standartlarına uyğun olaraq təlimçilər üçün təlim (AdA) imtahanı təklif edirik.

AHK Azərbaycanın təklifi

Kurslara həm də ayrı-ayrılıqda qeydiyyatdan keçə və vaxt təyin edə bilərsiniz. Minimal iştirakçı sayı 12 nəfərdir.

AHK Azərbaycanın təkliflərinə daxildir:

  • Yüksək ixtisaslı təlimçilər
  • Alman standartlarına əsaslanan təlim konsepsiyası
  • Azərbaycan mühiti üçün uyğunlaşdırılmış kurrikulum
  • Təcrübə əsaslı tədris materialları
  • AHK sertifikatlaşdırılması ilə keyfiyyətə təminat
  • Təlim və imtahan (Azərbaycan, ingilis və alman dillərində)

Kursun vaxtı və qiyməti

"Təlimçilər üçün təlim – beynəlxalq" təlimi və imtahanı Alman-Azərbaycan Xarici Ticarət Palatasında keçiriləcəkdir.

İştirak haqqı: 1200 AZN
(AHK üzv şirkəti nümayənsəsi üçün 950 AZN)

Qiymətə tədris materialı və nahar iaşəsi daxildir.

İştirak haqqı təlim modulunun əvvəlində ödənilməlidir.

İlkin şərtlər və qeydiyyat

İlkin şərt Azərbaycan dilini yaxşı səviyyədə bilməkdir.

Kursun hədəf qrupu: Şirkətdaxili təlimçilər, kouçlar, insan resursları departamentində çalışan işçilər.

Bütün iştirakçılar ilkin seçim mərhələsindən keçəcəkdir. İştirak yalnız təsdiq olunduqdan sonra mümkündür.

Sizi gələcək təlimə ilkin qeydiyyatdan keçməyə dəvət edirik.