Maraqların təmsil olunması
Biz Azərbaycanda iqtisadiyyat və siyasət sahəsindən olan qurumlar və qərarverici şəxslər qarşısında üzvlərimizin maraqlarını təmsil edirik.
İnvestisiya və idarəetmə mühitini yaxşılaşdırmaq məqsədi ilə biz üzvlərimizin istək, çağırış və təkliflərini müvafiq yerlərdə səsləndirir və onları inzibati və iqtisadi məsələlərdə aparıcı qurumların diqqətinə çatdırırıq. Geniş şəbəkəmiz və əlaqələrimizlə Sizin yanınızdayıq.
Almaniya-Azərbaycan iqtisadi maraqlarını əlaqələndirən qurum olaraq AHK Azərbaycan öz üzv şirkətlərini işgüzar fəaliyyətlərində qarşılaşdıqları konkret çətinliklərin həllində dəstəkləyir. Dövlət qurumları, hökumət strukturları və inzibati orqanlarla əlaqələrin yaradılmasına dəstək göstərməklə biz üzvlərimizin bazara giriş fəaliyyətlərində üzləşdiyi çətinliklər, inzibati maneələr və digər məsələlərə diqqəti yönəldirik.
Maraq təmsilçiniz olaraq fəaliyyətlərimiz:
- Gündəlik işgüzar fəaliyyətinizdə qarşılaşdığınız vergi, gömrük və s. kimi inzibati çətinliklərin və maneələrin aradan qaldırılması üçün konkret hallarda praktiki dəstəyin göstərilməsi,
- İşçi qruplarının fəaliyyəti çərçivəsində üzvlərimizin iqtisadi siyasətlə bağlı vəziyyətin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslərinin təmsil olunması və mövqe sənədlərinin hazırlanması,
- Ən yüksək siyasi və inzibati səviyyələrdə maraqların təmsil olunması,
- Ticarət və İnvestisiya üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun illik iclasında çətinliklərinizə siyasi dəstəyin verilməsi,
- Alman-Azərbaycan iqtisadi əlaqələrinə həsr olunmuş təşkil etdiyimiz bütün mühüm forumlarda üzvlərimizin təmsil olunması;
- Almaniya və Azərbaycan biznes assosiasiyaları ilə sıx əməkdaşlıq.
Biz üzvlərimizə konkret iqtisadi sahələrlə bağlı aktual mövzuların və xüsusi əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu işçi qruplarının fəaliyyətində iştirak etmək fürsətini təklif edirik. Bu da üzvlərimiz arasında müvafiq məlumat axınını təmin edir. İşçi qrupları haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.