Ölkə haqqında məlumat

Ölkə haqqında Məlumat bölümü Sizi Azərbaycan və onun iqtisadi vəziyyəti ilə bağlı ümumi məlumat və ölkə haqqında əsas faktlarla təmin edir.

Azərbaycan haqqında və təəssüratlar

Azərbaycan haqqında

Azərbaycan Qara dənizdən Xəzər dənizinə kimi 800 km məsafədə uzanan Qafqazın cənub-şərq hissəsində yerləşir. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan tranzit baxımından böyük potensiala malikdir və inkişaf etmiş yol infrastrukturu bu potensialı daha da artırır. Bölgənin logistik mərkəzi kimi, Azərbaycan dünya ölkələri ilə iqtisadi və mədəni əlaqələrdə mühüm rol oynayır.

Neft və qaz sektoru Azərbaycanın ümumi ixracında 85,66% (yanvar-iyun 2017) paya sahib olmaqla, ölkə iqtisadiyatının əsasını təşkil edir. Hal-hazırda iqtisadiyyatın diversifikasiyası və ixrac potensialının artırılması hökumətin əsas məqsədləridir. Aİ Azərbaycanın ümumi ixracında 43% paya və ümumi idxalında 26% paya sahib olmaqla (2016), Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Almaniya Azərbaycanın ümumi ticarət dövriyyəsində 4.3% (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin yanvar-sentyabr 2017-ci il statistikası) paya sahib olmaqla, Azərbaycanın ümumi ticarət tərəfdaşları arasında 6-cı yeri tutur.

Azərbaycan haqqında

Azərbaycan Qara dənizdən Xəzər dənizinə kimi 800 km məsafədə uzanan Qafqazın cənub-şərq hissəsində yerləşir. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan tranzit baxımından böyük potensiala malikdir və inkişaf etmiş yol infrastrukturu bu potensialı daha da artırır. Bölgənin logistik mərkəzi kimi, Azərbaycan dünya ölkələri ilə iqtisadi və mədəni əlaqələrdə mühüm rol oynayır.

Neft və qaz sektoru 2020-ci ildə Azərbaycanın ümumi ixracında 86,5% paya sahib olmaqla, ölkə iqtisadiyatının əsasını təşkil edir.1 Hal-hazırda iqtisadiyyatın diversifikasiyası və ixrac potensialının artırılması hökumətin əsas məqsədləridir. Buna baxmayaraq, koronavirus pandemiyasının nəticəsi olaraq, qeyri-neft sektoru üzrə ixrac 2019-cu ilə nəzərən 2020-ci ildə 8% azalıb.2

Aİ Azərbaycanın ümumi ixracında 49,5% paya və ümumi idxalında 23,6% paya sahib olmaqla (2020), Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Almaniya Azərbaycanın ümumi ticarət dövriyyəsində 4,9% paya sahib olmaqla, Azərbaycanın ümumi ticarət tərəfdaşları arasında 5-ci yeri tutur (2020-ci il).3