Members4Members endirim proqramı

AHK Azərbaycanın “Members4Members” endirim proqramı çərçivəsində üzvlər digər üzvlərə xidmət və məhsullarını endirimli qiymətlərlə təklif edir.

© Getty Images/LDProd

Əgər Siz məhsul və ya xidmətlərinizi AHK üzvlərinə endirimli qiymətlərlə təklif etmək istəyirsinizsə, bu halda bizimlə əlaqə saxlamağınızı Sizdən xahiş edirik. Əsasən AHK üzvlərinə 10%-40% arasında endirim təqdim olunur.

AHK Azərbaycanın Xidmətləri

AHK Azərbaycan

Təsvir AZN, faizlə

Ünvan araşdırması, bazarın təhlil edilməsi, fərdi satış məsləhətlərinin verilməsi, məlumat xidməti, işçi heyətinin axtarışı, işgüzar tərəfdaş axtarışı ilə bağlı məktubun göndərilməsi, işgüzar tərəfdaş axtarışı, konfrans otağının icarəsi, şirkətin qeydiyyatı, tədbirlərin təşkil olunması

-15%

Məsləhət və Hüquq Xidmətləri

Capital Legal Services MMC

Təsvir AZN, faizlə Əlavə məlumat
Müqavilə danışıqları, müqavilə layihələrinin hazırlanması və yoxlanılması, mübahisələrin həll edilməsi, həmçinin hüquqi şəxslərin təsis edilməsi/ləğv edilməsi və korporativ dəyişikliklərin qeydiyyata alınması, əmək və insan resursları məsələləri, miqrasiya hüququ, habelə birləşmə və satınalmalar, özəlləşdirmə və yenidənqurma və layihə maliyyələşdirməsi üzrə hüquqi yardımın göstərilməsi. -40% CLS tam çeşiddə hüquq xidmətlərini göstərən hüquq şirkətidir. Biz hüquq xidmətlərini göstərməklə müştərilərimizin biznes məqsədlərinə çatmalarına kömək etməyə çalışırıq.

GRATA Azərbaycan MMC

Təsvir AZN, faizlə Əlavə məlumat
Korporativ, bank və maliyyə, vergi, gömrük, məlumatların qorunması, lisenziya və icazələr, mübahisələrin həlli, əqli mülkiyyət hüquqları, reklam, müqavilə və işçilərin hüquqları üzrə xidmətlərin göstərilməsi.  -20% Grata International, Azərbaycan ölkədə iki ixtisaslı beynəlxalq hüquq firmasından biridir və şirkət beynəlxalq və yerli şirkətlərə tam hüquqi dəstək göstərir. Grata International, Azərbaycan yarandığı gündən sənayenin müxtəlif sahələrində, o cümlədən neft-qaz, əczaçılıq, kommunikasiya və media, bankçılıq və maliyyə, nəqliyyat və tikinti sahələrində bizneslə məşğul olan şirkətlərə hüquqi xidmətlər göstərmişdir.

GRC Leadership Consulting MMC

Təsvir AZN, faizlə Əlavə məlumat

Rəhbər işçilərin axtarışı, xarici rəhbər mütəxəssislərin axtarışı, müvəqqəti rəhbərlərin axtarışı, autsorsinq/autstaffinq, İR administrasiyası, İR sahəsində məsləhət xidmətləri, “Harrison Assessments” qiymətləndirmə aləti. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://www.grc.az

-10-30%

GRC işədüzəltmə ilə əlaqəli xidmətləri, 54 ölkədə 67 ofisi ilə Amrop brendi altında göstərməkdədir. Ətraflı məlumat üçün: www.amrop.az 

GRC şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB) Kiçik Biznesə dəstək proqramının qeydiyyatdan keçmiş məsləhətçi şirkətidir, hansı ki, GRC-nin potensial müştərilərinə maliyyə cəhətdən dəstək göstərməyə imkan verir. Ətraflı məlumat üçün: https://www.grc.az/ebrd 

GRC şirkəti, sektorda ən etibarlı və dəqiq işçi qiymətləndirmə alətini təmin etməyə fokuslanan Harrison Assessments şirkətinin Azərbaycanda həll partnyorudur. Ətraflı məlumat üçün: https://grc.harrisonassessments.eu/ 

 

L.B. Audit Xidməti MMC

Təsvir AZN, faizlə Əlavə məlumat
BMHS uyğun tərtib edilmiş maliyyə hesabatlarının auditi, mühasibatlıq və maliyyə məsləhətləri, qiymətləndirmə, biznesin qiymətləndirilməsi və planlaşdırılması, vergi və hüquq məsləhətləri. -10-20% L.B. Audit Xidməti audit, vergi, hüquq və məsləhət xidmətlərini təklif edir.

Hava yolları

Deutsche Lufthansa AG

Təsvir AZN, faizlə Əlavə məlumat
Aviaşirkətin “Business Flex”, “Business Saver”, “Economy Flex”, “Economy Classic” və “Economy Light” tarifləri -3-10% Aviabilet tariflərində daha çox dəyişmə imkanları - yenidən bronlama, marşrutun dəyişdirilməsi, aviabiletin dəyərinin geri qaytarılması və ya əvəzlənməsi, aviabiletin qüvvədə qalma müddətinin uzadılması. Əlavə baqaj (yük), Frankfurt hava limanında "Economy Class" biletləri üçün "Business Lounge"-a giriş vauçeri. “Corporate Economy Flex”, “Corporate Economy Classic” və “Corporate Business Flex” tarifləri üçün göyərtədə ödənişsiz Wi-Fi vauçeri. Carbon Offsetting (Karbon Əvəzlənməsi) - CO2 emissiyalarının 100% əvəzlənməsi.

Mehmanxanalar

Baku Courtyard by Marriott Hotel

Təsvir AZN, faizlə Əlavə məlumat
Standard Room King / Twin / Superior Room King / Quenn / Twin Queen Deluxe / Junior Suite -20-25% ƏDV xaric Qış parkına baxan The Courtyard Baku oteli bu canlı və kosmopolit şəhərdən piyada və ya velosipedlə zövq almaq üçün ideal bir yerdədir.

Baku Marriott Hotel Boulevard

Təsvir AZN, faizlə Əlavə məlumat
City View Room / Sea View Room / Club Room with Sea View / Terrace Room with Sea View / Executive Suite -20-25% ƏDV xaric Şəhər mərkəzinin şərq hissəsinə doğru uzanaraq Bakı buxtasında yerləşən Baku Marriott Hotel Boulevard 818 rahat qonaq otaqları təklif edir.

Fairmont Baku, Flame Towers

Təsvir AZN, faizlə Əlavə məlumat
Deluxe Room City View / Deluxe Room Sea View / Fairmont Gold City View / Fairmont Gold Sea View -20-25% ƏDV daxil Beş ulduzlu standartları və xidmətləri ilə üstünlüyü hədəfləyən Fairmont Baku, Flame Towers 299 mükəmməl təchiz olunmuş qonaq otaqları, 19 xidmətli mənzil və bir sıra Fairmont Gold seçimlərini təqdim edir.

Hyatt Regency Bakı

Təsvir AZN, faizlə Əlavə məlumat
King / Twin Beds, King / Twin View, King / Twin Club Access / Regency Suite King / Regency Executive Suite / Presidential Suite -20-25% ƏDV xaric Beynəlxalq 5 ulduzlu Hyatt Regency Hotel yığıncaq və konfrans mərkəzi, mənzillər, villalar və ofislər, eləcə də restoranlar təklif edir.

JW Marriott Abşeron Bakı

Təsvir AZN, faizlə Əlavə məlumat
Deluxe Room with City View / Deluxe Room with Sea View / Executive Premier / Executive Studio -20-25% ƏDV xaric JW Marriott Absheron Baku Hotel sizi Azərbaycanın paytaxtında dəbdəbə və rahatlığın valehedici birləşməsinə dəvət edir. İçərişəhərə yaxın olan mehmanxana hava limanından 30 dəqiqəlik məsafədə yerləşir. 

ibis Baku City Hotel

Təsvir AZN, faizlə Əlavə məlumat
Economy / Standard / Premium / Family -20-25% ƏDV daxil ibis Baku City Hotel şəhərin əsas biznes, konqres və sərgi mərkəzləri ilə əhatə olunub. Otel Dənizkənarı Bulvara piyada 10 dəqiqəlik məsafədə yerləşir.

Radisson Baku Hotel

Təsvir AZN, faizlə Əlavə məlumat
Standard Room / Superior Room / Superior Room with Sea View  -20-25% ƏDV daxil Dəniz limanının və yamyaşıl parkların yaxınlığında yerləşən Park Inn by Radisson Baku Hotel Xəzər dənizinə və İçərişəhərə əla mənzərələr təqdim edir.

Tibbi Xidmətlər

"Səhhət" Azərbaycan-Almaniya Tibb Klinikası

Təsvir AZN, faizlə Əlavə məlumat
1. Ambulator–poliklinik xidmətlər
2. Check-up xidmətləri (dövri-icbari tibbi-profilaktik ,OGUK, könüllü tibbi-profilaktik)
3. İlk tibbi yardım üzrə təlimlər (First Aid)
4. Əmək şəraitinə görə iş yerlərinin attestasiyasının  aparılması xidmətləri
5. Müəssisələrdə (xüsusən, istehsalatlarda) standartlara uyğun tibb məntəqələrinin yaradılması
-20% “SƏHHƏT” Azərbaycan-Almaniya klinikası 1999-сu ildən fəaliyyət göstərir. Klinika sağlamlığın təhlükəsizliyi sahəsində ekspert olaraq şirkət və müəssisə rəhbərlərinə əməyin mühafizəsinin təşkilində sənaye təbabəti (dövrü-icbari və könüllü tibbi-profilaktik müayinə xidmətləri, müəssisələrdə tibb məntəqələrinin yaradılması), ilkin tibbi yardım təlimləri, iş yerlərinin attestasiyası və istehsalat nəzarətini özündə birləşdirən vahid xidmətlər spektrini təqdim edir. 

Sənaye Avadanlıqları

Göyləroğlu MMC (Meguin GmbH)

Təsvir AZN, faizlə Əlavə məlumat
Mühərrik yağları, sürkü yağları, yağlama və yanacaq üçün aşqarlar -20% Meguin GmbH 1847-ci ildən etibarən mükəmməl sürtkü yağı istehsalçısıdır.

Qida sənayesi və restoranlar

Paulaner Bräuhaus Baku

Təsvir AZN, faizlə Əlavə məlumat
Paulaner pivəsi, salat & şorbalar, qəlyanaltılar, sosiska, desertlər -10% Paulaner Bräuhaus Baku Azərbaycanda Paulaner şəbəkəsinin yeganə rəsmi restoranıdır. Bu restoran öz markası ilə Bavariya ənənəsinin və Münxen həyat tərzinin unikal birləşməsini təşkil edir.

Yaban PUB (Azəriş Ltd MMC)

Təsvir AZN, faizlə Əlavə məlumat
Almaniya, Belçika və Çexiya pivələri, müxtəlif spirtli içkilər və kokteyllər, qəlyanaltılar, salatlar, şorbalar, kabablar, dəniz məhsulları və canlı musiqi -10% Yaban Restoranı gözəl dizaynı, ləziz Azərbaycan və Avropa mətbəxinin özəl yeməkləri ilə seçilir. Restoranımızda eyni zamanda canlı musiqidən də zövq ala bilərsiniz.
Ünvan: Gülarə Qədirbəyli 63 A, Bakı, Azərbaycan

Yaban Restoranı (Azəriş Ltd MMC)

Təsvir AZN, faizlə Əlavə məlumat
Almaniya, Belçika və Çexiya pivələri, qəlyanaltılar, salatlar və şorbalar -10% Yaban Pub ləziz yeməkləri, Avropa pivələri ilə müştərilərinin yolunu gözləyir.
Ünvan: Məsut Əlizadə 50, Bakı, Azərbaycan

İT & Telekommunikasiya

Seabak MMC

Təsvir AZN, faizlə Əlavə məlumat
İT dəstəyi    10%-ə qədər   Outsourced İT dəstəyi, Service Desk, Help Desk, İdarəolunan xidmətlər
Telekom xidmətləri 15%-ə qədər Biznes mərkəzlərində yüksək sürətli fiber-optik internet xidmətləri, İP Telefon xidmətləri
Bulud həlləri Pulsuz CLOUD.AZ xidmətlərinə pulsuz köçürülmə, Cloud E-mail, Saxlama, Backup
Məhsul satışı 5%-ə qədər İT avadanlıqları, Kartriclər, Proqram lisenziyası
Fiziki arxivləşdirmə 20%-ə qədər A sinfində saxlanılan sənədlərin fiziki arxivləşdirilməsi
Rəqəmsal arxivləşdirmə 20%-ə qədər Arxiv sənədlərinin skanı, sıralanması və məzmunun tanınması

Sığorta

Meqa Sığorta ASC

Təsvir AZN, faizlə Əlavə məlumat
Avtomobillərin könüllü sığortası -15% Meqa Sığorta ASC fərdi və korporativ müştərilərə geniş çeşidli sığorta məhsulları və qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqini təklif edir.
Daşınmaz əmlakın könüllü sığortası -15%  
Səyahət sığortası -30%