Almaniya ilə biznesi necə qurmaq olar?

“Almaniya ilə biznesi necə qurmaq olar?” proqramı AHK Azərbaycan və Aşağı Saksoniya gGmbH Alman İdarəçilik Akademiyasının birgə əməkdaşlıq layihəsidir.

© Getty Images/sborisov

Özünüzü Almaniyada uğurlu biznesə hazırlayın: beynəlxalq biznes üçün tələblərlə bağlı aydın təsəvvür, mədəniyyətlərarası səriştəliliyin əldə edilməsi, Almaniyada dayanıqlı bazara çıxış üçün möhkəm zəmin.

“Almaniya ilə biznesi necə qurmaq olar?” qısa məzmun

Proqram

Bazar ertəsi, 20.04.20

Almaniya ilə biznesi necə qurmaq olar?

09:00 - 12:30

- Rəsmi salamlama 

- Almaniya ilə bağlı faktlar və göstəricilər

  • Hazırkı iqtisadi vəziyyət
  • Xarici iqtisadi əlaqələr
  • Sənayenin strukturu/yerləşməsi/tendensiyalar
  • İnformasiya mənbələri və əlaqələr

- Nümunənin təhlili: Aşağı Saksoniya

- Almaniyada bazara uğurlu çıxış

  • Biznes təşəbbüsü və əlaqələr
  • Biznes əlaqələrinin qurulması ilə bağlı məqsədlər, strategiyalar və gözləntilər
  • Əməkdaşlıq qabiliyyəti
  • Aktiv əməkdaşlığın idarə olunması

- Almaniyada rəhbərlərin tələb profilləri / biznes etiketi

  • Mədəniyyətlərarası təlim
  • Düşüncə və davranış fərqləri
  • Mədəniyyətlərarası kommunikasiya
  • Korporativ mədəniyyət / dəyərlər / reallıq
  • Şirkətdaxili kommunikasiya
  • Kommunikasiya və danışıq
  • Müştərilərlə əlaqələr
  • Özünüqavrama / digərləri tərəfindən qavranma / şəxslərarası səviyyə
  • Danışıq bacarığı və danışıqlar
12:30 - 13:30 Nahar fasiləsi

13:30 - 17:00

- Almanlarla tərəfdaşlıq

  • Almaniyada biznes fəaliyyətinin hüquqi formaları
  • Xarici işgüzar əqdlərin bağlanması
  • İdxal-ixrac müqavilələrində mühüm müddəalar
  • Ödəmə şərtləri
  • Model müqavilələrinin müzakirəsi

- Avropa İttifaqı ilə sərhədboyu ticarət

  • Gömrük və xarici ticarət qaydaları
  • Vahid Avropa bazarı
  • Kommersiya ilə xarici ticarət
Sertifikatların təqdim edilməsi

Sertifikat və təlimçi

1989-cu ildə Aşağı Saksoniya hökuməti və sənaye səhmdarları tərəfindən DMAN-ın əsası qoyulduqdan bəri 30 000-dən çox iştirakçı bizim ixtisaslaşma proqramlarımızda öz bilik və idarəetmə bacarıqlarını inkişaf etdirmək imkanı əldə etmişdir.

Biznes idarəçiliyi dərəcəsinə malik Fred Ludolf öz məsləhətçilik şirkətini quranadək illərlə iri sənaye şirkətinin kommersiya direktoru olmuşdur. O vaxtdan bəri o, kiçik və orta alman müəssisələri üçün Şərqi Avropada investisiya layihələri ilə bağlı məsləhətçilik xidmətləri göstərir.

Həmçinin, o, Aşağı Saksoniyada AIman İdarəçilik Akademiyasında idarəetmə üzrə təlimçidir.

Təlim proqramını bitirdikdən sonra iştirakçılar Aşağı Saksoniya Alman İdarəçilik Akademiyası tərəfindən  proqramı müvəffəqiyyətlə bitirdiklərini təsdiq edən və təlim materialının məzmununu özündə əks etdirən sertifikatlarla təltif olunacaqlar.

Kursun vaxtı və qiyməti

“Almaniya ilə biznesi necə qurmaq olar?” təlimi təxirə salınır.

İştirak haqqı: 800 AZN
(AHK üzv şirkəti nümayənsəsi üçün 650 AZN)

Qiymətə tədris materialı və nahar iaşəsi daxildir.

İştirak haqqı təlim modulunun əvvəlində ödənilməlidir.

İlkin şərtlər və qeydiyyat

İlkin şərt ingilis dilini yaxşı səviyyədə bilməkdir.

Kursun hədəf qrupu: İdarəedici direktorlar, marketinq, satış və ixrac əməliyyatları üzrə menecerlər.

Bütün iştirakçılar ilkin seçim mərhələsindən keçəcəkdir. İştirak yalnız təsdiq olunduqdan sonra mümkündür.

Sizi qarşıdan gələn təlimə ilkin qeydiyyatdan keçməyə dəvət edirik.

"Almaniya ilə biznesi necə qurmaq olar?" təlimi üçün qeydiyyat