Neft və Qaz sektorunda biznes: Alman şirkətləri üçün imkanlar 2019
"Neft və Qaz sektorunda biznes: Alman şirkətləri üçün imkanlar 2019" Alman Ticarət Palatalarının "Global Cluster for Oil & Gas" təşkilatı və Almaniya Ticarət və İnvestisiya Təşkilatının (GTAI) birgə yayımladığı və ABŞ, Azərbaycan, BƏƏ, Braziliya, Əlcəzair, Meksika, Nigeriya, Norveç, Rusiya və Səudiyyə Ərəbistanının neft və qaz sənayesində Alman şirkətləri üçün imkanlar barədə məlumat təmin edən nəşrdir.
AHK Azərbaycan bu il ikinci dəfə layihədə iştirak edərək Azərbaycanın neft-qaz sənayesində son inkişaf və bu sektorda davam edən və nəzərdə tutulan layihələr haqqında məlumat təmin etməklə nəşrə öz töhfəsini vermişdir.
Bu il sözügedən nəşrin təqdimatı 2 aprel tarixində Hannover sərgisi çərçivəsində keçirilən Neft və Qaz Sənayesi üçün 5-ci Şəbəkədaxili Tədbirdə keçirilib.
Səhifə: 60 səhifə | Faylın ölçüsü: 7.6 MB