“Market Analysis Azerbaijan 2019” nəşrinin təqdimatı
9 aprel 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) “Market Analysis Azerbaijan 2019” adlı yeni nəşrinin rəsmi təqdimatını keçirib. Nəşr AHK Azərbaycan tərəfindən Almaniya Ticarət və İnvestisiya (GTAI) təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dərc olunub. Ekskluziv tədbirdə yüksək vəzifəli dövlət rəsmiləri və beynəlxalq qurumların təmsilçiləri, nəşrə öz bəyanatları ilə töhfə verən Alman və Azərbaycan şirkətlərinin direktorları və baş menecerləri, o cümlədən mətbuat nümayəndələri iştirak edib.