Bavariya-Azərbaycan Biznes Forumu 2017
31 may 2017-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası Bavariya əyalətinin İqtisadiyyat, Mediya, Energetika və Texnologiyalar üzrə Nazirliyinin Dövlət katibi cənab Frans Yozef Pşirerin rəhbərliyi altında Bavariya əyalətindən olan müəssisələrin nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Bavariya-Azərbaycan Biznes Forumunu təşkil edib. Forum inşaat, şəhərsalma, maşınqayırma və avadanlıq, avtomobil sənayesi, informasiya və kommunikasiya texnologiyaları, ətraf mühit texnologiyaları, peşə təhsili, tibbi xidmət, istehlak malları, turizm sahələrini təmsil edən 120-dən çox Bavariya və Azərbaycan biznes nümayəndələrini bir araya gətirib.