Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumu 2018
9 oktyabr 2018-ci il tarixində Fairmont Bakı Hotelində Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumu keçirilib. Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Bu ilki Forumun əsas mövzusunu Enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edib. Forumun əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının Enerji və İKT sahələri ilə bağlı layihə və təkliflərini təqdim etmək və müvafiq sahələrdə işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək olub.