Aİ-Azərbaycan Biznes Forumu 2018
5 iyun 2018-ci il tarixində, hər il keçirilən Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Şirkət və hökumət nümayəndələrindən ibarət təxminən 700-ə yaxın iştirakçı panel müzakirələrinə və işgüzar görüşlərə qatılıb. Onlar bu günə qədər əldə olunan uğurları müzakirə edərək gələcək islahat gündəminin formalaşdırılmasına dair təkliflər irəli sürüblər.