AHK-İmpuls, 07.02.2019
7 fevral 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün bu ilin ilk AHK-İmpuls tədbirini təşkil edib. Cari tədbirin əsas mövzusu Azərbaycanda miqrasiya xidmətləri sahəsində davam etdirilən islahatlara və son yeniliklərə həsr olunub. Tədbirin fəxri qonağı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov “Azərbaycanda miqrasiya sahəsində islahatların həyata keçirilməsi” adlı təqdimat ilə çıxış edib.