İnstitusional tərəfdaşlar

AHK və İHK şəbəkələrinə əlavə olaraq, AHK Azərbaycan siyasət və biznes sahələri üzrə partnyorlarla geniş əlaqələr qurur.

Almaniyada tərəfdaşlarımız

Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi enerji, sənaye və innovasiya, o cümlədən rəqabət, KOM və Avropa siyasəti kimi sahələrdə hüquqi, inzibati və əlaqələndirici səlahiyyətə malikdir. Nazirlik bazarları Avropa xaricindəki dövlətlərə və bölgələrə açmağı hədəfləyən ticarət siyasətini həyata keçirir. AHK Azərbaycan Almaniya Parlamentinin qərarı ilə Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi tərəfindən maliyyələşdirilir. Ətraflı.

 

 

DIHK Almaniyada IHK və AHK-ların üst qurumudur. Mərkəzi bir təşkilat kimi DIHK müəyyən bir şirkət qrupunun deyil, Almaniyada bütün ticari iqtisadiyyatın və üç milyondan artıq sahibkarların təmsilçisi kimi çıxış edir. Assosiasiya IHK-ların ümumi mövqeyini milli və beynəlxalq səviyyədə təmsil edir. Ətraflı.

79 Sənaye və Ticarət Palataları şəbəkəsini təmsil edən IHK-lar ictimai-hüquqi özünüidarə orqanlarıdır. İqtisadi məsələlərlə bağlı fəaliyyət göstərən bir iqtisadi qurum kimi IHK-lar bölgələrdə bütün kommersiya müəssisələrinin ən mühüm tərəfdaşı kimi çıxış edirlər. Onlar ictimai-hüquqi vəzifələri yerinə yetirir və üzv şirkətlərə məsləhət və yerli, regional və milli məsələlərdə vasitəçilik xidmətləri təklif edirlər. Ətraflı.

AHK şəbəkəsi Alman Xarici Ticarət Palatalarından və Alman iqtisadiyyatının nümayəndəliklərindən ibarətdir. 90-dan artıq ölkənin 130 bölgəsində fəliyyət göstərən AHK-lar xaricdə biznesini qurmaq və ya genişləndirmək istəyən alman şirkətlərinə məsləhət xidməti göstərərək onları idarə və təmsil edir. Onlar bütün dünyada təxminən 45 min üzv şirkətə malik olan təşkilatlardır. Ətraflı.

GTAI Almaniya Federativ Respublikasının iqtisadi inkişaf agentliyidir. Almaniyada və xaricdə 50-dən artıq ofisə və dünyada partnor şəbəkəsinə malik olan GTAI Alman şirkətlərinin xarici bazarlara girişini dəstəkləyir, Almaniyanı biznes mühiti kimi təşviq edir və xarici şirkətlərin Almaniyada biznes fəaliyyətinə başlamasına kömək edir. Ətraflı.

1952-ci ildən etibarən Komitə Şərqi Avropada Alman iqtisadiyyatının maraqlarını təmsil edir. İqtisadi siyasət vasitələri ilə komitə Federal hökumət ilə əməkdaşlıq edərək Şərqi Avropa hökumət nümayəndələri ilə Alman şirkətləri arasında görüşlər, həmçinin müvafiq ölkələrlə iqtisadi əlaqələri gücləndirmək məqsədilə mütəxəssislər tərəfindən keçirilən seminarlar, nümayəndə heyəti səfərləri və digər tədbirlər təşkil edir. Ətraflı.

Alman İqtisadiyyatının Beynəlxalq Əməkdaşlıq Fondu olan SES bütün dünyada fəaliyyət göstərir. Fond təqaüdə çıxan və ya işdən bir müddət ayrılan mütəxəssislər və sahibkarlıqla məşğul olan şəxsləri bir araya gətirən Almaniyanın qabaqcıl könüllü təşkilatıdır. SES 1983-cü ildən etibarən bütün dünyada hər bir sənaye və sahə üzrə insanlara təcrübə vasitəsilə bilik əldə etməyə kömək edir. Təşkilatın könüllü layihələrinin əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə və ya Almaniyada həyata keçirilir. Ətraflı.

İstehsal vasitələri, istehlak malları və yeni texnologiyalar üzrə 50-dən artıq ticarət sərgisini təmsil edən Messe München dünyanın aparıcı ticarət sərgisi təşkilatçılarından biridir. Hər il 50.000-dən artıq iştirakçı və təxminən üç milyon ziyarətçi Münhendə və ya xaricdə sərgi sahəsində keçirilən 200-dən çox tədbirdə iştirak edir. AHK Azərbaycan Azərbaycanda və Gürcüstanda Messe Münchenin rəsmi nümayəndəsidir. Ətraflı.

Azərbaycanda tərəfdaşlarımız

Xarici ölkələrdə fəaliyyət göstərən təxminən 230 diplomatik nümayəndəliyi ilə birlikdə Federal Xarici İşlər Nazirliyi xarici bazarlarda fəaliyyət göstərən Alman şirkətlərini dəstəkləmək üçün dünya üzrə geniş çeşidli xidmətlər təklif edir. Diplomatik nümayəndəliklər siyasi müşavirlər və köməkçilər, əlaqələndiricilər və məsləhətçilər kimi çıxış edirlər. Bundan əlavə, xarici ölkələrdəki nümayəndəliklər Almaniyanı biznes mühiti kimi təşviq edirlər. Alman səfirliyinin Bakıda xüsusi iqtisadiyyat şöbəsi mövcuddur. Ətraflı.

GIZ Almaniya Federativ Respublikasının inkişaf və əməkdaşlıq üzrə dövlət təşkilatıdır. Təşkilat iqtisadi inkişaf və məşğulluq, enerji və ətraf mühit məsələlərindən tutmuş sülh və təhlükəsizliyə qədər müxtəlif sahələrdə fəaliyyət göstərir. Əsas səlahiyyətli orqan Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyidir (BMZ). Ətraflı.

2008-ci ilin fevral ayında Bakının mərkəzində fəaliyyətə başlayan Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqının dünya üzrə 130 Nümayəndəliyindən biridir. Nümayəndəlik rəsmi olaraq Azərbaycanda Avropa İttifaqını təmsil edir və dövlət qurumları ilə geniş əlaqələr quraraq və Aİ, onun qurumları və proqramları barədə məlumatlılığı artırmaqla Azərbaycan və Avropa İttifaqı arasındakı siyasi və iqtisadi əlaqələri inkişaf etdirir. Ətraflı.