DIHK İqtisadi Sorğusu Erkən Yay 2018
Alman Sənaye və Ticarət Palataları Qurultayı (DIHK) 2018-ci il, yayın əvvəlində keçirdiyi “Ətraflı tədqiqat altında iqtisadi artım” İqtisadi Sorğusunun nəticələrini təqdim edir.
Biznes mühiti: Sorğunun nəticələrinə əsasən, Alman iqtisadiyyatında vəziyyət yaxşı olaraq qalır. Biznesin qiymətləndirməsində son 25 ildə ən yüksək ikinci göstərici müşahidə olunur. Bununla belə, şirkətlər biznes mühitini ilin əvvəlinə nisbətən daha az müsbət qiymətləndirirlər. Təcrübəli işçilərin tapılması ilə bağlı çətinliklər aydın şəkildə görünür.
Biznes gözləntiləri: Şirkətlər gələcək bizneslərinə dair daha az nikbin baxışa malikdirlər. Onlar mövcud olan əngəllərdən və risklərdən aydın şəkildə xəbərdardırlar: bütün sahələr üzrə ən böyük narahatlıq ixtisaslı kadr çatışmazlığı, daha sonra isə əməyin dəyəri və iqtisadi siyasətə dair çərçivənin şərtləri ilə bağlıdır. Xüsusi olaraq, şirkətlər problemlər arasında yüksək bürokratik yükü, qlobal siyasətlə bağlı narahatlıqları və çox mürəkkəb və investisiya üçün qeyri-əlverişli olan vergi sistemini qeyd edirlər.
İxrac gözləntiləri: İxrac ilə bağlı gözləntilər əhəmiyyətli dərəcədə aşağı düşür. Dünya ticarətinin gələcəyi ilə bağlı müzakirələrdə qeyri-müəyyənlik aydın görünür. Daha az şirkət bu şərtlər altında daha böyük artıma nail ola biləcəyini gözləyir.
İnvestisiya planları: Şirkətlər böyük həcmdə investisiyalar yatırmağa davam etmək istəyirlər. Əvvəlki sorğuda əldə olunan rekord göstərici ilə müqayisədə, investisiya planları cüzi şəkildə azalır.
Cari sorğunu aşağıdan yükləyə bilərsiniz:
Səhifə: 48 səhifə | Faylın ölçüsü: 2.2 MB