DIHK İqtisadi Sorğusu Erkən Yay 2017
Alman Sənaye və Ticarət Palataları Qurultayı (DIHK) 2017-ci il, yayın əvvəlində keçirdiyi “Güclü iqtisadiyyat, ixtisaslı kadr çatışmazlığı” İqtisadi Sorğusunun nəticələrini təqdim edir.
2017-ci il, yayın əvvəlində Almaniyada iqtisadi artım gücləndirilmiş və ilin əvvəlindən etibarən pozitiv gözləntilər reallaşmışdır. Şirkətlər öz fəaliyyətlərində daha yaxşı biznes imkanları gözləyir, ölkə daxilində daha çox investisiya yatırmaq və məşğulluğu artırmaq istəyir.
İqtisadi Sorğu Erkən Yay 2017 fonunda, bir çox riskin hələ də mövcud olmasına baxmayaraq, Alman Sənaye və Ticarət Palataları Qurultayı cari il üçün iqtisadi artım proqnozunu 1.8 faizə yüksəldir (ilin əvvəlində iqtisadı artım proqnozu: 1.6 faiz).
Eyni zamanda, məşğulluq artmaqda davam edir. DIHK 2017-ci il üçün yarım milyon yeni iş proqnozu verir (ilin əvvəlindəki proqnoz: 350.000). Lakin ən böyük məhdudlaşdırıcı amil getdikcə artan ixtisaslı kadr çatışmazlığı olaraq qalır. İlk dəfədir ki, şirkətlərin yarısından çoxunu biznesin inkişafını təhlükə altında qoya biləcək bu tendensiya narahat edir.
Səhifələr: 53 səhifə | Faylın ölçüsü: 988 KB