Market Analysis Azerbaijan 2019

© AHK Azerbaijan

“Market Analysis Azerbaijan 2019” nəşri Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniya Ticarət və İnvestisiya (GTAI) təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dərc olunub. Nəşr Azərbaycan iqtisadiyyatının 14 prioritet sahəsi haqqında ümumi məlumat, bazardakı hal-hazırkı trendlərin təhlili, o cümlədən müvafiq sənaye sahələrində mövcud imkanlar barədə məlumat təqdim edir.

Biznes sektorlarında hal-hazırkı inkişaf istiqamətləri nələrdir? Bazarda hansı pozitiv trendlər mövcuddur? Müxtəlif sahələrdə hansı imkanlar mövcuddur? - Nəşr bu kimi suallara cavab verir və Azərbaycan bazarı ilə maraqlananlar üçün bələdçi rolunu oynayır.

Bundan əlavə, Alman və Azərbaycan şirkətlərinin direktorları və yüksək səviyyəli nümayəndələri bu nəşrə biznes mühitinin qiymətləndirilməsi, o cümlədən şirkətlərinin və layihələrinin hazırkı vəziyyəti ilə bağlı bəyanatla öz töhfələrini veriblər. Nəşrə öz dəyərli bəyanatları ilə dəstək verən şirkətlərə təşəkkür edirik.

Həmçinin, bu dəyərli və məhsuldar əməkdaşlıq üçün GTAI təşkilatına öz minnətdarlığımızı bildiririk.

Səhifə: 52 səhifə | Faylın ölçüsü: 5.9 MB

Yüklə

Sponsorlara verdikləri dəstəyə görə öz təşəkkürümüzü bildiririk!